Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1491/2023 16.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonunun Pirquluoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Pirquluoba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, polis əməkdaşının qanuni tələbinə qəsdən tabesizlik göstərərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində əməliyyat-istintaq qrupunda olduğu vaxt DİN-nin 102 xidmətinə verilmiş məlumat əsasında Xaçmaz rayon Pirquluoba kənd sakini Şəxs yaşadığı ünvana getdiklərində sonuncunun sərxoş vəziyyətdə küçədə nalayiq ifadələr işlətdiyi müəyyən edilmişdir. Onlar tərəfindən Şəxs nizam-intizama dəvət edilməsinə baxmayaraq, etdiyi əməli davam etmiş, polisin qanuni tələbinə qəsdən tabesizlik göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, inzibati xətaya dair əməli törədərkən içkili olduğundan heç nəyi xatırlamır, lakin DİN-nin 102 xidmətinə özü zəng vuraraq polisin onu aparmasını xahiş etmişdir. Ona heç kim tərəfindən təzyiq göstərilməmişdir. Tutduğu əməldə özünü təqsirli bilir. Cəza təyin edilərək 3 uşağının olmasını və yüngül cəza təyin edilməsini məhkəmədə xahiş etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan, həmin tarixli MN ******* nömrəli protokoldan, izahatlardan, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, o, polis əməkdaşlarına tabesizlik göstərmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs 14 noyabr 2023-cü il tarixdə, saat 18:30-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, himayəsində üç yetkinlik yaşın çatmayan uşağının olmasını, ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxxxxx 1979-cu ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1491/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1491/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver