Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1492/2025 20.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Nərəcan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-2336/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə aliment borcu 6340 manat təşkil edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış qərarı verilmişdir. Hazırkı icra sənədi böyük icra məmuru Faqil Adıgözəlovun icraatında olmuş, yenicə ona təhvil verilmişdir. Xaçmaz rayon Məhkəməsinin 2(067)-1324/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün130 manat məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Sonradan Xaçmaz rayon Məhkəməsinin 2(067)-2336/2022 saylı,xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən alimentin miqdarı 170 manat məbləğində müəyyən edilmişdir. Halhazırda borclunun 6340 manat aliment borcu vardır, borclu yenicə borcundan 500 manat ödəniş etmişdir. Birinci icra sənədi üzrə borc məbləği ödənilmişdir, tələbkar cari icra sənədi üzrə 6340 manat aliment borcunun ödənilməsini tələb edir. Hazırkı gündə zərərçəkmiş şəxsin şikayəti yoxdursa, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, əvvəl iş yeri olmamış, hazırda təmir-tikinti işində işləməkdədir. İş yerində problem olduğu üçün alimenti ödəyə bilməmişdir. Lakin bundan sonra imkanı yetdiyi qədər aliment borcunu ödəyəcəkdir. Həmçinin ikinci dəfə ailə həyatı qurmamışdır. Alimenti ödəməməsi ilə əlaqədar barəsində bir dəfə inzibati cərimə növündə, bir dəfə isə həbs növündə inzibati tənbeh tətbiq olunmuşdur. O. aliment borcunu ödəyəcəyinə dair məhkəməyə söz vermişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs bildirmişdir ki, o, 14 ildən sonra uşağın atası ilə görüşməsinə icazə vermiş, 5-6 ay uşaqla borclu görüşməsinə baxmayaraq sonradan əlaqəni kəsmiş, buna görə də oğlu depressiya keçirir, məktəbə getmir. Uşağına görə işin icraatına xitam verilməsini, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi bildirmişdir ki, o, zərərçəkmiş şəxsin atasıdır. Borclu təzəlikcə 500 manat ödəniş etmişdir. Borcu ödəməsi üçün 3 ay möhlət verilməsini məhkəmədən xahiş etmişdir. O, uşağa görə inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şəxs tərəfindən 20 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-2336/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Xaçmaz rayon məhkəməsinin 2(067)-1324/2017 saylı, 15 mart 2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Şəxs hər ay 170 manat məbləğində sabit pul şəklində aliment alınaraq Zərərçəkmiş şəxs verilsin. - xx.xx.2017-ci il tarixli, 2(067)-1324/2017 nömrəli icra sənədinə əsasən 08 may 2010-cu il təvəllüdlü X1 üçün 15 fevral 2017-ci ildən başlayaraq Şəxs hər ay 130 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilsin. Eyni zamanda Şəxs 20 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. - xx.xx.2025-ci il tarixli tələbkarın Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə təqdim etdiyi “Ərizə”dən müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1324/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə aliment məbləği ödənildiyindən icraata xitam verilməsi xahiş olunmuş, sonuncu Xaçmaz rayon məhkəməsinin 2(067)-2336/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borc 6340 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli borclunun Xaçmaz rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatından müəyyən edilir ki, icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməsinin səbəbi maddi imkanının zəif olması olmuşdur. İcra sənədi üzrə bu günədək ödənişlər etmiş, lakin borcu qalmaqdadır. Həmçinin borcunu tam şəkildə ödəyə bilmədiyindən hissə-hissə ödəməyə gücü çatır. 17 oktyabr tarixdə 500 manat ödəniş etmişdir. - xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərəfindən 2(067)-2336/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu borcluya təqdim olunmuşdur. - Elektron sorğulama sənədlərində borclunun adında hər hansı əmlak və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrasıilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, məhkəmə bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə zərərçəkmiş şəxs və onun nümayəndəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barədə hər hansı inzibati tənbehin tədbirinin tətbiq edilməməsinə dair xahişini, icra məmurunun zərərçəkmiş şəxsin xahişinə etirazının olmamasını eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aliment borcundan müəyyən qədər ödənişlər etməsini və işin digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, hazırkı halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: 28 avqust 1983-cü ildə Xaçmaz rayonu, Nərəcan kəndində anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1492/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1492/2025
20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver