Məhkəmə qərarları › İş №3(067)-1495/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1495/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1495/2024 25.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə2, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Hüquqi şəxs “Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 05 dekabr 2024cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Xaçmaz səhəri. Avtovağzal adlanan ərazidə “DAF" markalı, K624XM763/BH735663 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindəki, Rusiya Federasiyası, Samara vilayəti, Tolyati səhəri, Primoriski küçəsi, ev 8, ofis 29 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan “X3 1001” MMC-yə idxal olunan “avtomobil ehtivvat hissələri” yükünə keçirilmiş gömrük yoxlaması zamanı, yük müsavat sənədlərində qeyd olunmayan 7 ədəd “Apocalypse AP-M67AC” markalı səs qücləndirici 4 ədəd “Höfer” markalı rulovov mexanizim, yük müşavət sənədlərində mənsə ölkəsi düzgün bəyan olunmayan, yəni, Rusiya Federasiyası istehsalı kimi qeyd olunmuş, lakin, faktiki üzərində istehsalçı ölkəsi Almaniya Respublikası kimi qeyd olunmuş 5 ədəd “Höfer” markalı radiator aşkar olunmuşdur. Aşkar olunmuş mallar araşdırma aparılması məqsadi ilə protokol tərtib olunaraq götürülür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Nümayəndə2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs tərəfindən Rusiya Federasiyasından idxal olunmuş avtomobil ehtiyyat hissələrinə Xaçmaz Gömrük İdarəsinin Rəsmilləşdirilmə Mərkəzi tərəfindən keçirilmiş gömrük yoxlaması zamanı yük müşahidə sənədinin qeyd olunmayan 7 ədəd səs gücləndirici, 4 ədəd “Höfer” markalı rulovoy mexanizm və yük müşayiət sənədlərində mənşə ölkəsi düzgün bəyan olunmayan, yəni Rusiya Federasiyası istehsalı kimi qeyd olunmuş, lakin faktiki üzərində istehsalçı Almaniya Respublikası kimi qeyd olunmuş 5 ədəd “Höfer” markalı radiator aşkar olunmuşdur. Faktla bağlı Xaçmaz Gömrük İdarəsində aparılmış təhqiqat prosesi zamanı ekspertiza təyin olunmuş, aşkar olunmuş malların Almanlya istehsalı olduğu müəyyən edilmiş və malların ekspertiza qiyməti məyyən edilərək 1060 manat qiymət müəyyən olunmuşdur. Şəxs üzrə nümayəndə qismində çıxış edən X1 izahat verərək öz əməlinin təqsirini olduğunu etiraf etmiş, eyni zamanda faktla bağlı toplanmış materiallar baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. İş üzrə proses zamanı inzibati tənbeh vermə qərarında cərimə tənbeh növünün seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 bildirdi ki, həmin malların bəyyan edilməməsinə səbəb həmin malların nəqliyyat vasitəsinin sənədləşdirmə işlər bitdikdən sonra maşına gec qoyulması ilə bağlıdır. Qeyd olunan halların üzürlü hesab edərək cərimə növündə inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Rəsmilləşdirmə Mərkəzinin rəisi gömrük xidməti mayoru Anar İsmayılovun 02 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Pərviz Rəhimova ünvanlanmış raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Xaçmaz səhəri. Avtovağzal adlanan ərazidə “DAF" markalı, K624XM763/BH735663 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindəki, Rusiya Federasiyası, Samara vilayəti, Tolyati səhəri, Primoriski küçəsi, ev 8, ofis 29 ünvanında qeydiyyatda olan "xxxx" MMC-dən Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatda olan “X3 1001” MMC-yə idxal olunan “avtomobil ehtivvat hissələri” yükünə keçirilmiş gömrük yoxlaması zamanı, yük müsavat sənədlərində qeyd olunmayan 7 ədəd “Apocalypse AP-M67AC” markalı səs qücləndirici 4 ədəd “Höfer” markalı rulovov mexanizim, yük müşaiyət sənədlərində mənsə ölkəsi düzgün bəyan olunmayan, yəni, Rusiya Federasiyası istehsalı kimi qeyd olunmuş, lakin, faktiki üzərində istehsalçı ölkəsi Almaniya Respublikası kimi qeyd olunmuş 5 ədəd “Höfer” markalı radiator aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “AZƏREKSPERTİZA” birliyinin 24 dekabr 2024-cü il tarixli, 014/24-X saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş malların ümumi dəyəri 1060 manat təşkil edir. 5 ədəd “Höfer” markalı radiatorun mənsə ölkəsi Almaniya hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nümayəndəsinin etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Göründüyü kimi iş materialları ilə müəyyən edilir ki, Şəxs eyni vaxtda iki inzibati xəta əməlini törətmişdir. Birinci inzibati xətası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1, ikinci inzibati xətası isə həmin Məcəllənin 482.2-ci maddəsi il tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olduğundan, hüquqi şəxs hər iki maddə ilə tənbeh olunmalıdır. İnzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, hüquqi şəxs olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olan mallar (ümumi dəyəri 810 manat olan 7 ədəd səs “Apocalypse AP- M67AC” gücləndirici, 4 ədəd “Höfer” markalı rulovoy mexanizm) müsadirə edilməli, həmin Məcəllənin 482.2-ci maddəsində isə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş malların dəyərinin, yəni 250 manatın 40 faizi miqdarında inzibati cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib, ondan aşkar olunaraq götürülmüş və Xaçmaz Gömrük İdarəsində saxlanılan 7 ədəd səs “Apocalypse AP-M67AC” gücləndirici, 4 ədəd “Höfer” markalı rulovoy mexanizm müsadirə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan malların (yük müşayiət sənədlərində mənşə ölkəsi düzgün bəyan olunmayan, yəni Rusiya Federasiyası istehsalı kimi qeyd olunmuş, lakin faktiki üzərində istehsalçı Almaniya Respublikası kimi qeyd olunmuş 5 ədəd “Höfer” markalı radiator) dəyərinin 40 (qırx) faizi məbləğində, yəni 100 manat (bir yüz) məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqaytıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar