Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1497/2024 11.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1988-ci ildə Xaçmaz rayonunun Üçgün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, Üçgün kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-136/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 2050 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin 24 may 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 3 uşağın saxlanılması üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 450 manat məbləğində alimenti tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qeyd olunan icra vərəqəsi onun icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bu günədək borclu tələbkarın xeyrinə 200 manat məbləğində pul ödəniş etmiş, 2050 manat ödənilməmiş aliment borcu vardır. Əlavə olaraq borclu barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, barəsində tərtib olunmuş Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə özünü təqsirli bilmişdir. O, işlədiyini, lakin əmək haqqının az olduğunu, yəni 400 manat olduğunu bildirmişdir. Aldığı 400 manat əmək haqqını gündəlik 15 manat hesablanmaqla əldə edir. Həmin məbləğin bir hissəsini yeməyinin, yol pulunun ödənilməsinə xərcləyir, qalan hissəsini isə uşaqlarının alimentinə ödəyir. Yaranmış aliment borcunu ödəyəcəyini, lakin barəsində həbs növündə inzibati tənbeh seçilərsə, işinin itirilməsinə səbəb olacağını bildirmişdir. Eyni zamanda barəsində inzibati cərimə təyin olunarsa, həmin cəriməni ödəməsi də çətinlik törədəcəkdir. Hazırda başqa şəxsə faktiki nikahdadır, lakin həmin faktiki nikahdan övladı yoxdur. Bir aydır ki, işləyir və işindən əldə etdiyi məvacibdən 200 manat ödəniş etmişdir. Bundan başqa bu gün iş yoldaşları ilə əlaqə saxlayaraq ödəniş etməsi üçün 100 manat borc pul almışdır. Yay aylarında yaranmış aliment borcunu tam olaraq ödəyəcəkdir. O, avtomobil qəzasında sol çiynindən xəsarət aldığını, lakin əlilliyinin olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, uşaqları onunda yanında da qalırlar. Həmçinin uşaqların bəzi xərclərinin ödənilməsində iştirak edir. Uşaqları onun yanında qalmalarına tələbkar maneçilik törədir və uşaqlar onunla qalmalarına analarının icazə vermədiyini bildirirlər. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, o, 31 yaşı olduğunu, işləmədiyini və həmçinin borclunun qərəzli olaraq bu günədək ödəniş etmədiyini bildirmişdir. Borclu uşaqlarının xərclərinin ödənilməsində heç bir köməklik göstərməmişdir və bəhanə olaraq uşaqları görmədiyini bildirmişdir. Lakin son 5 ay müddətdə cəmi 5 gün uşaqlar borclunun yanında qalmışlar. O, borclunun barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu may ayında 450 manat və noyabr ayında 200 manat ödəniş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 11 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 2(067)-136/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün mülki iş məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit məbləğdə aliment alınaraq Zərərçəkmiş şəxs verilməlidir. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən 2(067)-136/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuşdur. - xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildirişi inzibati xəta haqqında icraat aparılan şəxs almışdır. - xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası barədə bildiriş, xx.xx.2024-cü il tarixli xəbərdarlıq inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilmişdir. - X1 xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsində izahatları alınmış və o, xx.xx.2024-cü il tarixdə verdiyi izahatında həmin günədək 3.200 manat məbləğində ödəniş etdiyini, lakin yaranmış 2050 manat məbləğində borcunu tam şəkildə ödəyə bilmədiyini, hissə-hissə olmaqla ödəyə biləcəyini qeyd etmişdir. - Borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən adında hər hansı məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddənin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. 3-cü maddəyə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəyə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 11.1-ci maddəyə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəyə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 15.2-ci maddənin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3-cü maddəyə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəyə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarlarının icra olunmamasındakı müddəti, borcun məbləğini, inzibati xətanın aliment borcu ilə əlaqədar olduğunu və pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, yaşını, borcun məbləğini, məhkəmə qərarlarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarların çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: xx xxxx 1988-ci ildə Xaçmaz rayonunun Üçgün kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonunun Üçgün kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 11 dekabr 2024-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1497/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1497/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver