Məhkəmə qərarları › İş №3(067)-1498/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1498/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1498/2025 21.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X4 Təhlükəsiklik Bölməsinin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri, Nəsrəddin Tusi küçəsi ev 13-də yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri, Nəsrəddin Tusi küçəsində polisin qanuni tələbinə tabesizlik göstərmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X4 Təhlükəsiklik Bölməsinin sahə rəisi, polis mayoru X3 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon ərazisində yerləşən “Xoşbəxt Məkan” şadlıq sarayında toy məclisində başqa bir şəxslə arasında mübahisə yaranaraq dava dalaş baş vermişdir. Həmin dava-dalaşla bağlı Xaçmaz rayon RPŞ-da araşdırma apararaq, xx.xx.2025-ci il tarixində əməliyyat müvəkkilləri Şəxs Xaçmaz şəhəri N.Tusi küçəsində görərək ona yaxınlaşmışlar. Polis əməkdaşları ona özlərini təqdim edərək hadisə ilə əlaqədar izahatının alınması üçün Xaçmaz RPŞ-na dəvət etdikləri zaman o, polis əməkdaşları ilə getmək istəmədiyini bildirərək, heç bir səbəb olmadan söyüşlər söyməyə və kobud hərəkətlər etməyə başlamışdır. Polis əməkdaşları Şəxs dəfələrlə nizam intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə ilə bağlı yaşadığı Xaçmaz şəhəri N.Tusi küçəsində olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirmişlər və onu Xaçmaz RPŞ-na dəvət etmişlər. O, polis şöbəsinə niyə getməli olduğunu soruşunda polis əməkdaşları onun barəmdə araşdırma olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşlarının yalan danışdıqlarını düşünmüşdür, ona görə ki, barəsində hər hansı bir şikayət oluna biləcəyinə inanmırdı. Həmin vaxt polis əməkdaşları ilə arasında sözlə mübahisə yaranmış, polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş və onlarla polis şöbəsinə getmək istəmədiyini bildirmişdir. Lakin sonradan izahat alınarkən məlum olmuşdur ki, polis əməkdaşları xx.xx.2025-ci il tarixində iştirak etdiyi toy məclisindəki başqa bir şəxslə arasında yaranan mübahisə ilə bağlı ona yaxınlaşmışlar. Həmçinin bildirmişdir ki, ailəlidir, evdə körpə uşağı var. Uşaqların qarşısında polis əməkdaşları ilə getmək istəməmişdir. Ailəsinin tək qalmaması və evdə azyaşlı uşaqların olması nəzərə alınaraq, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tiutulan inzibati xətanı törətməsi öz təqdiqini tapmır, onun İXM-nin 510-cu maddəsində nəzərə tutulan inzibati xəta əməlini törətməsi öz təqdiqini tapdığından o, 510-cu maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi göstərilmişdir. Həmin inzibati xəta haqqında protokolun müəyyən edildi hissəsindən göründüyü kimi Şəxs ucadan kobud ifadələr işlətməklə ictimai qaydanın pozulmasına yönələn hərəkətlərə yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tövsifedici əlaməti polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə hərəkətlərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Şəxs polis işçilərinin konkret olaraq hansı qanuni tələblərinə tabe olmaması müəyyən edilməmiş və hər hansı sübutla öz təqdiqini tapmamışdır, Əksinə olaraq Şəxs ictimai qaydanı pozan, lakin, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə - xırda xuliqanlıq hərəkətinə yol verməsi öz təqdiqini tapmışdır. Odur ki, X2 əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən həmin Məcəllənin 510-cu maddəsinə tövsif edilməklə o, həmin maddənin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilib barəsində müəyyən inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırmasında Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:30 radələrində tutulmuşdur. Odur ki, Şəxs həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il saat 15:30-dan hesablanmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən, həmin Məcəllənin 510-cu maddəsinə tövsif olunsun. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbs etmənin əvvəli 21 oktyabr 2025-ci il tarixdən, saat 15:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarddan rəsmi qaydada aldığı vaxtdan 10 gün ərzində Xaçmaz rayon Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrli̇ k edən: Nərmi̇ n Abi̇ yeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar