Məhkəmə qərarları › İş №3(067)-15/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-15/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-15/2023 05.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8ci maddəsi üzrə daxil olmuş inzibati xətaya dair materiala baxaraq m ü ə y y ə n et d i : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, 24 avqust 2022-ci il tarixdə saat 17:10 radələrində Gəndob-Yalama yolunun 39-cu km-də idarə etdiyi Daevo markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən X1 idarə etdiyi Fiat Doblo markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə o, Rəşid Hacıyevin avtomobilində olan sərnişinlər xəsarətlər almışlar. Bununla da Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə, zərərçəkmiş şəxslərə və Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılmalarına baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar ilə tam təsdiq olunur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərarverdi: xx.xx.1997-ci ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar