Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1500/2022 07.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Şikayət verən şəxs X5 iştirakı ilə, Xaçmaz rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş 02 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X5 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş 02 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbləri tərəfindən pozulması ilə bağlı MN seriyalı, ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli qərarına əsasən 2022-ci ilin may ayının 01 dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitlərədən (tibbi maska, parça maska, respirator və.s) istifadə tələbi ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalarda şamil edildiyini nəzərə alaraq Azərbayan Respublikası Nazirləri Kabinetinin 171 nömrəli Qərarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən barəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 02 iyul 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində şikayət verilmiş Xaçmaz rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə onların iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən X8 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin çıxışını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş 02 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X8 02 iyul 2020-ci il Xaçmaz şəhərində yerləşən iaşə obyekti olan kompyuter salonunda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozmuşdur. Nəticə də, X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 100 manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X8 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, qərardan şikayət verən X8 Azərbaycan Respublikası İXM-nin 11.2-ci maddəsini rəhbər tutaraq, barəsində verilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsinə dair şikayəti əsaslı ola bilməz. Məhkəmə qeyd etmək istəyir ki, 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikasının ərazisində insanların həyat və sağlamlıqlarını ciddi təhlükəyə alan “Covid- 19” pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sərt karantin tədbirlərin tətbiq edilməsi qərara alınmışdır. Xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə ölkə ərazisində ciddi sosial məhdudiyyətlərin tətbiq olunmasına başlanılmışdır. Cəmiyyətin sağlamlığını yüksək səviyyədə qorumaq üçün, Operativ Qərargahın müvafiq qadağalarının effektivliyinin təmin olunması ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə 7 mart 2020-ci il tarixli 27-VİQD nömrəli Qanunla müvafiq dəyişiklik edilmiş və dəyişikliyə əsasən həmin Məcəllənin 211-ci maddəsinin məzmunu yeni redaksiyada verilmişdir. (maddənin məzmunu yuxarıda qeyd olunmşdur) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinin məzmununda isə deyilir ki, inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə əsasən normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. X1 şikayət ərizəsinə nəzər salmaq görərik ki, o, barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilən zaman Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən fərdi qoruyucu tibb ləvazimatından istifadə edilməsi məcburi olmuşdur, hal-hazırda isə həmin məcburiyyət aradan qalxdığından, barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə tətbiq olunmuş və hələ də tərəfindən ödənilməmiş 100 manat inzibati cərimə ləğv olunmasını xahiş edir. Onu da nəzərə almaq zəruridir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən ölkə ərazisində xüsusi karantin tədbirləri 2 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi hal-hazırda da qüvvədə olduğundan, yəni “epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına” görə inzibati məsuliyyət qüvvədən düşmədiyindən, X8 barəsində həmin Məcəllənin 11.2-ci maddəsi tətbiq edilə bilməz. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Xaçmaz rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş 02 iyul 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair X5 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1500/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1500/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver