Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1501/2022 21.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakı ilə xx.xx.1995-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, H.Əliyev küçəsi ev 2-də qeydiyyatda olan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21:20 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində Xaçmaz RPŞ-nin DYPB-nin YPX-nin polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs bildirdi ki, o, avtomobili ilə hərəkətdə olarkən YPX-nin İnar adlı əməkdaşı onu saxlamış, həmin polis əməkdaşı ondan sənədlərini istəmiş, o da sənədlərini təqdim etmişdir. Həmin vaxt o, orada olan tanışlarını görüb bir qədər kənarda dayanıb onlarla söhbət edən zaman polis əməkdaşı ona “kişi kimi düzünü danış” demiş, o isə “kişi kimi düzünü deyirəm” deyərək cavab vermiş, həmin polis əməkdaşı ona “sən kişi kimi düz danışmırsan” deyəndə o da polis əməkdaşına “nakişi sən ola bilərsən, mən kişi kimi düz danışıram” demişdir. Sonra isə PPX-nin əməkdaşları gəlmiş və onu polis şöbəsinə aparmışlar. Barəsində inzibati tənbehin seçilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirmişdir. Məhkəmə iclasında izahat vermiş şahid X4 bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21:20 radələrində Xaçmaz şəhəri, Z,Əliyeva küçəsində xidmətdə olarkən barəsində inzibati xətaya dair icraat aparılan şəxs 1.1 üfüqi nişanlama xəttinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxıb ötmə əməliyyatı etdiyinə görə o, sayrışan işıqlar vasitəsilə saxlaması üçün işarə vermiş, lakin Kamran Çaşkunov saxlama işarəsinə məhəl qoymadan yüksək sürətlə kobud qayda pozuntuları edərək qarşıdan gələn avtomobillərə ciddi təhlükə yaratmaqla qaçmağa çalışmışdır. Lakin onun idarə etdiyi avtomobil onun tərəfindən saxlanılmışdır. Polis əməkdaşları olaraq onlar K.Çaşkunova yaxınlaşaraq özlərini təqdim etmiş, ona yol hərəkəti qaydalarını pozduğunu, həmçinin avtomobilinin konstruksiyasında dəyişikliklər etdiyi üçün avtomobilinin duracağa aparmalı olduqlarını bildirdikdə, o, kobud şəkildə cavab verərək, lazım gələrsə avtomobilini yandırar, lakin sənədlərini təqdim etməyəcəyini, ona əynindəki polis formasını çıxararaq mülki geyimdə başqa yerdə söhbət etməsini bildirmişdir. Onlar K.Çaşkunovu dəfələrlə nizam-intizama dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onlar tərəfindən videoçəkiliş aparılmış, K.Çaşkunov lotu olduğunu, qaydanı pozubsa bunun pul ilə həll olunduğunu bildirmişdir. K.Çaşkunov dəfələrlə yol hərəkəti qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş şahid X3 şahid İnar Xankişiyevin izahatı ilə eyni məzmunlu ifadə vermişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan izahatlardan, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından, şahidlərin məhkəmə iclasında verdikləri izahatlarından müəyyən edilir ki, o, polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1995-ci ildə Xaçmaz şəhərində anadan olmuş X2 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1501/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1501/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver