Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1512/2023 21.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X24 təhlükəsizlik bölməsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1997-ci ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında metriala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 28 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, Xətai küçəsində X20 məxsus “Vaz-2106” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobildən 60 manat dəyərində 02 ədəd səs gücləndiricini gizli yolla talamışdır. Bundan başqa Şəxs 29 sentyabr 2023-cü il tarixdə axşam saatlarında X1 yaşadığı Xaçmaz rayonunun Arzu kəndindəki evinin qarşısında saxladığı traktorun və kotanın üzərində olan 100 manat dəyərində 1 ədəd bıçağı gizli yolla talamışdır. Bundan başqa Şəxs 05 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində X21 məxsus “Vaz-2107” markalı, 33BC964 dövlət qeydiyyat nişanlı avtomobildən 200 manat dəyərində mobil telefonu, qulaqcığı və yaddaş kartını gizli yolla talamışdır. Bundan başqa Şəxs 14 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, mərkəzi bazarın ərazisində X5 məxsus piştaxtadan 30 manat pulunu, içərisində evin açarları olan əl çantasını gizli yolla talamışdır. Bundan başqa Şəxs 26 oktyabr 2023-cü il tarixdə səhər saatlarında X16 məxsus Xaçmaz rayonunun Hacıəlibəy kəndindəki yaşayış evindən 50 manat pulunu gizli yolla talamışdır. Bundan başqa Şəxs 26 oktyabr 2023-cü il tarixdə səhər saatlarında X2 məxsus, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yaşadığı binanın qarşısında saxladığı sonuncuya məxsus “Vaz-2106” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 70 manat dəyərində akkumlyatoru gizli yolla talamışdır. Bundan başqa Şəxs 03 noyabr 2023-cü il tarixdə səhər saatlarında X7 Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində icarə əsasında işlətdiyi avtoyuma məntəqəsindən sonuncuya məxsus 20 manat pulu gizli yolla talamışdır. Bundan başqa Şəxs 03 noyabr 2023-cü il tarixdə günorta saatlarında X17 məxsus, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yaşadığı binanın qarşısında saxladığı “Vaz-2106” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərindən ümumi dəyəri 100 manat təşkil edən akkumlyatoru və “Pionner” markalı maqnitofonu gizli yolla talamışdır. Bundan başqa Şəxs 04 noyabr 2023-cü il tarixdə səhər saatlarında X12 yaşadığı Xaçmaz rayonunun Arzu kəndində məhəllələrində saxladığı “Vaz-2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilindən dəyəri 80 manat olan 1 ədəd akkumlyatoru gizli yolla talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X24 təhlükəsizlik bölməsinin polis sahə rəisi X10 göstərdi ki, Şəxs 28 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, Xətai küçəsində X20 məxsus “Vaz-2106” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobildən 60 manat dəyərində 02 ədəd səs gücləndiricini, bundan başqa 29 sentyabr 2023-cü il tarixdə axşam saatlarında X1 yaşadığı Xaçmaz rayonunun Arzu kəndindəki evinin qarşısında saxladığı traktorun və kotanın üzərində olan 100 manat dəyərində 1 ədəd bıçağı, bundan başqa 05 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində X21 məxsus “Vaz-2107” markalı, 33BC964 dövlət qeydiyyat nişanlı avtomobildən 200 manat dəyərində mobil telefonu, qulaqcığı və yaddaş kartını, bundan başqa 14 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, mərkəzi bazarın ərazisində X5 məxsus piştaxtadan 30 manat pulunu, içərisində evin açarları olan əl çantasını, bundan başqa 26 oktyabr 2023-cü il tarixdə səhər saatlarında X16 məxsus Xaçmaz rayonunun Hacıəlibəy kəndindəki yaşayış evindən 50 manat pulunu, bundan başqa 26 oktyabr 2023-cü il tarixdə səhər saatlarında X2 məxsus, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yaşadığı binanın qarşısında saxladığı sonuncuya məxsus “Vaz-2106” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən 70 manat dəyərində akkumlyatoru, bundan başqa 03 noyabr 2023-cü il tarixdə səhər saatlarında X7 Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində icarə əsasında işlətdiyi avtoyuma məntəqəsindən sonuncuya məxsus 20 manat pulunu, bundan başqa 03 noyabr 2023-cü il tarixdə günorta saatlarında X17 məxsus, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yaşadığı binanın qarşısında saxladığı “Vaz-2106” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərindən ümumi dəyəri 100 manat təşkil edən akkumlyatoru və “Pionner” markalı maqnitofonu, bundan başqa 04 noyabr 2023-cü il tarixdə səhər saatlarında X12 yaşadığı Xaçmaz rayonunun Arzu kəndində məhəllələrində saxladığı “Vaz-2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilindən dəyəri 80 manat olan 1 ədəd akkumlyatoru gizli yolla talamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək metriallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat vermiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə bildirmişdir ki, həqiqətən 28 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, Xətai küçəsində X20 məxsus “Vaz- 2106” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobildən 02 ədəd səs gücləndiricini, 29 sentyabr 2023-cü il tarixdə axşam saatlarında X1 yaşadığı Xaçmaz rayonunun Arzu kəndindəki evinin qarşısında saxladığı traktorun və kotanın üzərində olan 1 ədəd bıçağı, 05 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində X21 məxsus “Vaz-2107” markalı, 33BC964 dövlət qeydiyyat nişanlı avtomobildən mobil telefonu, qulaqcığı və yaddaş kartını, 14 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, mərkəzi bazarın ərazisində X5 məxsus piştaxtadan 30 manat pulunu, içərisində evin açarları olan əl çantasını, 26 oktyabr 2023-cü il tarixdə səhər saatlarında X16 məxsus Xaçmaz rayonunun Hacıəlibəy kəndindəki yaşayış evindən 50 manat pulunu, 26 oktyabr 2023-cü il tarixdə səhər saatlarında X2 məxsus, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yaşadığı binanın qarşısında saxladığı sonuncuya məxsus “Vaz-2106” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən akkumlyatoru, 03 noyabr 2023-cü il tarixdə səhər saatlarında X7 Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində icarə əsasında işlətdiyi avtoyuma məntəqəsindən sonuncuya məxsus 20 manat pulunu, 03 noyabr 2023-cü il tarixdə günorta saatlarında X17 məxsus, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yaşadığı binanın qarşısında saxladığı “Vaz-2106” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərindən akkumlyatoru və “Pionner” markalı maqnitofonu və bundan başqa 04 noyabr 2023-cü il tarixdə səhər saatlarında X12 yaşadığı Xaçmaz rayonunun Arzu kəndində məhəllələrində saxladığı “Vaz-2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilindən 1 ədəd akkumlyatoru dizli yolla oğurlamışdır. Əldə etdiyi əşyaları satıb pulunu ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyəcəkdir. Əməlindən peşmandır. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı X6 08 oktyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 28 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, Xətai küçəsində yaşayan X20 məxsus “Vaz- 2106” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobildən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı X8 10 oktyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 29 sentyabr 2023-cü il tarixdə axşam saatlarında X1 yaşadığı Xaçmaz rayonunun Arzu kəndindəki evinin qarşısında saxladığı traktorun üzərindən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı X13 10 oktyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 05 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində X21 məxsus “Vaz- 2107” markalı, 33BC964 dövlət qeydiyyat nişanlı avtomobildən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı X11 23 oktyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 14 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Xaçmaz şəhəri, mərkəzi bazarın ərazisində X5 məxsus piştaxtadan edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı X3 05 noyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 26 oktyabr 2023-cü il tarixdə səhər saatlarında X16 məxsus Xaçmaz rayonunun Hacıəlibəy kəndindəki yaşayış evindən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı X3 05 noyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 26 oktyabr 2023-cü il tarixdə səhər saatlarında X2 məxsus, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yaşadığı binanın qarşısında saxladığı “Vaz-2106” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobildən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı X13 07 noyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 03 noyabr 2023-cü il tarixdə səhər saatlarında X7 Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində icarə əsasında işlətdiyi avtoyuma məntəqəsindən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı X9 09 noyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 03 noyabr 2023-cü il tarixdə günorta saatlarında X17 məxsus, Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yaşadığı binanın qarşısında saxladığı “Vaz-2106” markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobildən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X23 Bölməsinin təhqiqatçısı X9 13 noyabr 2023-cü il tarixli qərarından müəyyən olunur ki, Şəxs tərəfindən 04 noyabr 2023-cü il tarixdə səhər saatlarında X12 yaşadığı Xaçmaz rayonunun Arzu kəndində məhəllələrində saxladığı “Vaz-2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilindən edilmiş oğurluq faktı üzrə barəsində cinayət işi başlanması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlar, inzibati xəta haqqında protokollar və digər iş metrialları ilə təmamilə sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcələnin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 25 (iyirmi beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 21 noyabr 2023-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1512/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1512/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver