Məhkəmə qərarları › İş №3(067)-1517/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1517/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1517/2023 24.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi X4 iştirakı ilə, xx.xx.1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, ev 42, M. 2-də qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-916/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə yaranmış 5319 manat aliment borcunu qərəzli olaraq ödəməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra vərəqəsi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə 2016-cı ilin avqust ayında daxil olmuşdur. Həmin icra sənədinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 90(doxsan) manat məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. Borclu barəsində 2017-ci il tarixdə inzibati tədbirlər görülmüş, inzibati protokola əsasən 10 gün müddətinə inzibati həbs olunmuşdur. Borclu ikinci qrup əlilliyə görə müavinət aldığı üçün 01 oktyabr 2019-cu il tarixdən müavinətinin hər ay 70 faizi tutularaq tələbkarın xeyrinə ödənilməsi üçün məktubla DSMF-yə müraciət olunmuşdur. Həmin tarixdən 30 aprel 2023-cü il tarixədək borclunun aldığı müavinətdən ümumilikdə 2401 manat məbləğində pul tutularaq tələbkarın xeyrinə ödənilmişdir. İcra sənədi üzrə ümumilikdə ödənilmiş məbləğlər çıxıldıqdan sonra 5319 manat məbləğində aliment borcu qalmışdır. 2023-cü ilin aprel ayı tarixdən borclunun aldığı müavinət kesildiyi üçün hazırkı tarixədək heç bir ödəniş etməmişdir. Əlavə olaraq inzibati xəta haqqında protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, işləmir, epilepsiya xəstəsidir, lakin aldığı müavinət kəsilmişdir. O, işləmək üçün müraciət etsə də, xəstəliyi ilə əlaqədar olaraq onu işə götürmürlər. Yaranmış aliment borcunu ödəməyə ailəsinin də imkanı yoxdur. O, 2022-ci ildə, dəqiq xatırlamadığı tarixdə ikinci dəfə ailə qurmuşdur. Hazırda yaranmış aliment borcundan 100 manat məbləğində ödəniş edə bilər. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi izahat verərək bildirmişdir ki, oğlu epilepsiya xəstəliyindən əziyyət çəkir. İşləmir. Oğlu ikinci dəfə ailə qurub, lakin övladı yoxdur. O, 360 manat pensiya alır və həmin pensiyasından ABB banka 150 manat və Kapitabanka isə 130 manat məbləğində kredit ödəyir. O, nəvəsindən imtina etmir, lakin oğlunun kəsilmiş olan müavinəti bərpa olanadək aldığı pensiyasından müvəqqəti olaraq 90 manat aliment pulunu ödəyəcəyinə söz verir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 24 noyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 05 avqust 2016-cı il tarixli icra vərəqəsindən görünür ki, X6 bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 14 yanvar 2016-cı il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 90 (doxsan) manat miqdarında aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, 11 avqust 2016-cı il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş tərtib olunaraq borcluya göndərilmişdir İş materiallarında olan 01 oktyabr 2019-cu il tarixli məktubdan müəyyən olunur ki, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən X7 aliment borcu olmasını nəzərə alaraq, aliment borcu tam ödənilənədək hər ay 70 faiz miqdarında aliment tutaraq tələbkara ödənilməsi və aliment borcu ödənildikdən sonra hər ay borclunun təqaüdündən 90 manat olmaqla tutulma aparılmasını təmin edilməsi barədə DSMF-nun Xaçmaz rayon Şöbəsinə müraciət olunmuşdur. İş materiallarında olan borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən müəyyən olunmuşdur ki, borclunun hər hansı əmlakı yoxdur. İş materiallarından müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə borclu Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx.xx.1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar