Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1521/2022 22.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Quba rayonunun Hacıqayıb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Quba rayonunun Hacıqayıb kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Quba rayon məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(027)-981/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 1630 (bir min altı yüz otuz) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs həmin pulu ödəməkdən boyun qaçırmışdır. Xaçmaz rayon məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 ifadə verərək bildirdi ki, Quba rayon məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(027)-981/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 1630 (bir min altı yüz otuz) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hazırki iş üzrə icra vərəqəsi icra edilməsi üçün borclunun yaşadığı yer üzrə Quba rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş, lakin sonradan borclu yaşayış yerini işi ilə əlaqədar olaraq Quba rayonundan Xaçmaz rayonuna dəyişdiyindən icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı həmin icra sənədi borclunun hazırki yaşayış yeri üzrə Xaçmaz rayon İcra Şöbəsinə daxil olaraq icra edilməsi üçün onun icraatına verilmişdir. İcra sənədinin icrası ilə bağlı tərəfindən bütün zəruri tədbirlər görülümüş, borclu tərəfindən icra şöbəsinə dəvət edilərək ona borcunu ödəməsini, ödənilmədiyi təqdirdə barəsində görüləcək icra tədbirləri ilə bağlı məlumat verilmiş və izahatı alınmışdır. Lakin buna baxmayaraq borclu tələbkara olan borcunu ödəməkdən yayındığında və tələbkar ona olan borcunu bir dəfəyə ödənilməsini tələb etdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, Quba rayon məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(027)-981/2021 saylı qətnaməsinə əsasən ondan 1630 (bir min altı yüz otuz) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi təmin edilməlidir. O, həmin puldan indiyənədək heç bir ödəniş edə bilməmişdir. Quba rayonunda iş tapa bilmədiyindən Xaçmaz rayonuna gəldiyini və burda yenicə işə düzəldiyini, tələbkara olan borcunun müəyyən hissəsini bu ilin sonuna qədər ödəyəcəyini bildirmişdir. Lakin hazırda tələbkara olan borcunu ödəmək iqtidarında olmadığını, barəsində həbs qətimkan tədbiri seçilərsə iş yerində olmadığından onun işinə xitam veriləcəyini nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qisimində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, Quba rayon məhkəməsinin 03 may 2021-ci il tarixli, 2(027)-981/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs 1630 (bir min altı yüz otuz) manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Dəfələrlə Şəxs borcunun ödənilməsini təmin etməsi tələb olunsa da, borclu Şəxs həmin pulu ödəməkdən boyun qaçırmışdır. Hazırda onun ödənilməmiş borcu 1630 manat təşkil edir. Yaranmış borcun tələbi ilə bağlı dəflərlə icra şöbəsinə müraciət etməsinə baxmayaraq borclu hər dəfə həmin yaranmış borcundan hazırda heç bir ödəniş edə bilməyəcəyini, lakin yaxın vaxtlarda həmin puldan müəyyən hissəsini ödəyəcəyini bildirərək, onun etibarından sui istifadə edərək həmin borcu ödəməkdən qəsdən yayınmışdır. Borcunun ödənilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 22 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin 03 avqust 2022-ci il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə gönrəilməsi barədə qərardan görünür ki, iş üzrə borclu Şəxs barəsində edilmiş sorğu zamanı onun Xaçmaz rayon İstisu qəsəbəsində yaşadığı müəyyən edilmiş və iş üzrə icra vərəqəsi aidiyyatı üzrə icra edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İcra haqqında qanununun 10-cu maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat cərimə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-1521/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1521/2022
22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver