Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1526/2024 12.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X3 tərəfindən DİN BDYPİ-nin EQ 24844664 nömrəli, xx.xx.2024-cü il tarixliinzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 şikayət ərizəsi ilə Xaçmaz rayon məhkəməsinə müraciət edərək onun barəsində DİN BDYPİ-nin EQ 24844664 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın və həmin qərara əsasən hesablanmış 600 (altı yüz) manat məbləğində cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xətaya dair qərardan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı ehtimal olunan inzibati xətanın Xızı rayonu ərazisində baş verdiyi və eyni zamanda, şikayətçinin qeydiyyat ünvanı üzrə şikayətə Xaçmaz rayon məhkəməsində baxılması ilə əlaqədar olaraq vəsatət təqdim etmədiyi müəyyən edilmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün olmadığından şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardanşikayət, prokuror isə protest verə bilər. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətindəinzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair”04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, səlahiyyətli orqanın qərarından məhkəməyə verilən şikayətin inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsində baxılmalı olduğunu, ehtimal olunan inzibati xətanın Xızı rayonu ərazisində baş verdiyini və eyni zamanda şikayətçinin qeydiyyat ünvanı üzrə şikayətə Xaçmaz rayon məhkəməsində baxılması ilə əlaqədar olaraq vəsatət təqdim etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta tənbeh vermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 DİN BDYPİ-nin EQ 24844664 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət icraata qəbul edilməsin və X2 geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanı aradan qaldırmaqla məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1526/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1526/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver