Məhkəmə qərarları › İş №3(067)-153/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-153/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-153/2021 01.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional şöbəsinin daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional şöbəsinin əməkdaşları tərəfindən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 11:50 radələrində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində idarə etdiyi «Ford» markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomaşınla yük daşıma fəaliyyəti ilə məşqul olarkən, onun tərəfindən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Quba Regional şöbəsinin əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olaraq, qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq Şəxs məhkəmə baxışına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63-cü maddəsini rəhbər tutaraq məhkəmə Şəxs iştirakı olmadan işə baxılması barədə qərar qəbul etmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki Şəxs Azərb.Res-sı İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, iş üzrə tərtib edilmiş inzibati xəta haqqında xx xxxxxx 2020-ci il tarixli, MN№0314007 protokolla tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olamamısını nəzərə alaraq, barəsində cərimə inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə təqsirli bilinib, ona 50 (əlli) manat məbləğində cərimə tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar