Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1538/2024 28.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi ilə, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 3(067)-1538/2024 saylı qərara xitam verilməsi barədə ərizəsinə baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə tərtib olunmuş inzibati materialdan görünür ki, Mersedes Benz 200 markalı, **- VX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində inzibati xəta haqqında (EQ-********) protokol tərtib edilərək cərimə olunmasına dair qərar çıxarılmışdır. Lakin o, barəsində qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin tələblərinə əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə məsuliyyət nəzərdə tutulan inzibati xəta haqqında (İXP-6686366) protokol tərtib edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 3(067)-1538/2024 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilmişdir. Bundan sonra, Şəxs məhkəməyə ərizə ilə müraciət edərək cərimə borcunu ödədiyini və Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 3(067)-1538/2024 saylı qərarına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, Şəxs ilkin protokola (EQ- ********) əsasən ona təyin olunmuş cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, (vəsatət) ərizə təmin olunmalıdır, qəraraaldı: Ərizə təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 3(067)-1538/2024 saylı qərarı üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-1538/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1538/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver