Məhkəmə qərarları › İş №3(067)-1540/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1540/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1540/2023 27.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə xx.xx.1970-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, evli, fərdi əməklə məşğul olan, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsinə əsasən X2 mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əssında X2 məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq X2 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 göstərdi ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra vərəqəsinə əsasən X2 mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əsasında X2 məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq X2 verilməsi təmin edilməlidir. Qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına 19 noyabr 2019-cu il tarixdə daxil olmuşdur. İcra sənədi üzrə tələbkar X4 vəfat etdiyi üçün 2020-ci ildə tərəflərindən müvafiq qərar qəbul olunaraq Zərərçəkmiş şəxs və X3 vərəsələri hesab edilmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı icra sənədi 2 dəfə icrası mümkün olmadığından “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən geri qaytarılmışdır. Geri qaytarılmanın əsası isə icra vərəqəsində qeyd olunan 0,57 ha torpaq sahəsinin dəqiq koordinatları müəyyən olunmadığından həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Sonradan Sumqayıt Apellyasiya məhkəməsinin qərarı ilə icra sənədinin geri qaytarılması barədə qərar ləğv olunaraq icra sənədi yenidən icraatına daxil olmuşdur. Hal-hazırda qeyd olunan icra sənədi üzrə bu gün icra tədbiri təyin olunmuş və icra sənədi üzrə icra tədbiri həyata keçirilmişdir. İcra ilə bağlı Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən mütəxəssis dəvət edilmiş, mütəxəssisin iştirakı ilə borclu Şəxs tələbkara məxsus 0,57 ha torpaq sahəsini qaytarması təklif olunmuşdur. Şəxs həmin torpaq sahəsinin dəqiq koordinatlarının müəyyən olunmadığını əsas göstərərək torpaq sahəsinin qaytarılmasından imtina etmişdir. Tərəflərindən Şəxs icra sənıədində göstərilən 0,57 ha torpaq sahəsinin dəqiq koordinatları göstərilmədiyi halda da torpaq sahəsini tələbkara verilməsi bildirilsə də, o, torpaq sahəsini geri qaytarmaqdan imtina etmişdir. Beləliklə də Şəxs icra sənədində göstərilən tələbi üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsinə əsasən X2 məxsus Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən 0,57 ha torpaq sahəsinin ondan alınaraq X2 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı 27 noyabr 2023-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məuru Vidadi Dadaşov reyestr xidmətinin mütəxəssisi və digər şəxslərin iştirakı ilə əraziyə gələrək ondan tələbkara məxsus 0,57 ha torpaq sahəsini qaytarmasını tələb etmiş, lakin o, icra məmuruna tələbkara məxsus 0,57 ha torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilmədiyindən və göstərilmədiyindən həmin torpaq sahəsini tələbkara verə bilmədiyini bildirmişdir. İcra yerində reyestr xidməyinin mütəxəssisi də tələb olunan 0,57 ha torpaq sahəsinin koordinatları və texniki göstəriciləri müəyyən edilmədiyindən torpaq sahəsinin ayrılıb verilməsinin qeyri mümkün olduğunu təsdiqləmiş və bu səbəbdən icra işi təxirə salınmışdır. O, icra məmurunun hər hansı tələblərini icra etməkdən imtina etməmiş və hər hansı inzibati xətaya yol verməmişdir. Ona görə də barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən zərərçəkmiş şəxs (tələbkar), mərhum X1 hüquqi varisi Zərərçəkmiş şəxs göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsinə əsasən mərhum X2 mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh Şəxs tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əssında oğlu Rəşid Daşdəmirova məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq oğluna verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi uzun müddətdir ki, icraya yönəldilsə də Şəxs müxtəlif vasitələrə əl ataraq məhkəmə qətnaməsi ilə qət edilmiş torpaq sahəsini onlara qaytarmır və qəti olaraq onları özlərinə məxsus torpaq sahələrinə buraxmır. Bu işlə bağlı icra məmurları dəfələrlə icra tədbirləri görsələr də Şəxs qanunsuz maneçiliklərinə görə torpaq sahəsinin onlara qaytarılması və işin icrası mümkün olmamışdır. Şəxs qətnamənin icrasına maneçilik törədərək torpaq sahəsinin koordinatlarının müəyyən edilmədiyini əsas gətirərək torpaq sahəsini ona qaytarmaqdan imtina edir. Mübahisələndirilən 0,57 ha torpaq sahəsinin hansı hissədən olursa olsun qəbul etməyə razıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 27 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı qətnaməsinə əsasən X2 mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əssında X2 məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra vərəqəsindən görünür ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədinə əsasən X2 mülkiyyət hüququ əssında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əssında X2 məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq X2 verilməsi təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərarından görünür ki, X2 mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsinə hüquqlarını həyata keçirmək üçün cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əssında X2 məxsus olan 0,57 ha torpaq sahəsinin Şəxs qanunsuz sahibliyindən alınaraq X2 verilməsinə dair Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(067)-4435/2017 saylı icra sənədi üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsində 19 noyabr 2019-cu il tarixdə icraata başlanılmış və böyük icra məmuru Vidadi Dadaşov tərəfindən icraata qəbul edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 19 noyabr 2023-cü il tarixli, 171283/2019-26-5 nömrəli bildirişdən görünür ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(067)- 4435/2017 saylı icra sənədi üzrə borclu Şəxs 19 noyabr 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və tələbin 10 gün müddətində icra edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Vidadi Dadaşovun xx.xx.2023-cü il tarixli tərəfin onun hüquqi varisi ilə əvəz edilmsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2017-ci il tarixli, 2(067)- 4435/2017 saylı icra sənədi üzrə tələbkar xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən icra sənəd üzrə ölmüş tələbkar X4 hüquqi varisləri Zərərçəkmiş şəxs Arsenyavna və X5 ilə əvəz edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadından görünür ki, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə” İcra və Probasiya şöbəsinin 13 aprel 2022-ci il tarixli qərarından tələbkar tərəf Zərərçəkmiş şəxs Xamaləddin oğlu tərəfindən verimiş şikayətə 19 may 2023-cü il tarixdə baxılaraq məhkəmənin qeyd olunan qərardadı ilə Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 13 aprel 2023-cü il tarixli qərarı ləğv edilməklə icra tədbirlərinin davam etdirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-4435/2017 nömrəli icra sənədinin Xaçmaz rayon İcra və probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli, 8(067)-102/2023 nömrəli qərarından görünür ki, borclu Şəxs tərəfindən Xaçmaz rayon məhkəməsinin yuxarıda istinad olunan 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadından şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış və şikayət təmin edilməməklə Xaçmaz rayon məhkəməsinin 19 may 2023-cü il tarixli, 8(067)-110/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iş üzrə məhkəmə qətnaməsi xx.xx.2017-ci il tarixdə çıxarılmasına və qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına 19 noyabr 2019cu il tarixdə daxil olaraq icraata qəbul edilməklə icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu tərəfin müəyyən təqsirli hərəkətləri və maneçilikləri nəticəsində halhazıradək icrası mümkün olmamış və beləliklə də tələbkarın qanunla qorunan əmlak üzərində mülkiyyət hüquqlarının pozulmaqda davam etməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, borclu Şəxs Soltanməcid oğlunun icra işinin icrası zamanı Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əsasında X2 məxsus olan 0,57 ha torpaq sahəsini tələbkara verməkdən imtina etməsi və bunun əsası kimi tələbkara məxsus 0,57 ha torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilmədiyindən işin icra olunmasına razı olmaması barədə göstərdikləri və bu kimi irəli sürdüyü dəlillər yalnız özünü müdafiə və məsuliyyətdən yaynmaq xarakteri daşıyır. Məhkəmə Şəxs Soltanməcid oğlunun Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində yerləşən və mülkiyyət hüququ əsasında X2 məxsus olan 0,57 ha torpaq sahəsini işin icrası zamanı əsaslı səbəb olmadan tələbkara verməkdən imtina etməsi təqsirli əməlini icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməməsi və məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi kimi qiymətləndirir. Beləliklə də iş materiallarını nəzərdən keçirib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli əməli tamamilə öz təsdiqini tapmışdır. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 1-1-ci maddəsinə əsasən İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkün hesab edir və barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna və məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar