Məhkəmə qərarları › İş №3(067)-1541/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1541/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1541/2023 26.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, xx.xx.1990-cı ildə anadan olmuş, Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydiyyatda olmaqla Xaçmaz rayonunun Qadaş-oba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 09 noyabr 2023-cü il tarixdə idarə etdiyi “Hyundai Tucson” markalı, 10PE480 dövlət qeydiyyat nişanlı avtomaşınında müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnallarından istifadə etdiyinə görə Xaçmaz şəhəri ərazisində xidmətdə olan Xaçmaz rayon X2 X3 Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış və barəsində müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs və Xaçmaz rayon X2 X3 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində protokol tərtib olunmuş şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri, iş materiallarında olan inzibati xəta törətmiş şəxsin izahatı və digər iş materialları ilə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan 11 noyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* saylı protokoldan görünür ki, 09 noyabr 2023-cü il tarixdə Şəxs idarə etdiyi “Hyundai Tucson” markalı, 10PE480 dövlət qeydiyyat nişanlı avtomaşınla Xaçmaz şəhəri ərazisində xidmətdə olan Xaçmaz rayon X2 X3 Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı onun avtomobilində müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnallarından istifadə etməsi müəyyən edilərək müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokola imza edərək həmin protokolla razı olduunu bildirmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında görünür ki, Şəxs izahat verərərk özünə məxsus nəqliyyat vasitəsində müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalları quraşdırdığını etiraf etmiş, etdiyi əməlin inzibati xəta olduöunu bildiyini və tərtib olunmuş protokolla razı olduöunu, izahatı özü yazdığını bildirməklə imza etmişdir. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli aktdan və əlavə edilmiş foro şəkillərdən görünür ki, Şəxs idarə etdiyi “Hyundai Tucson” markalı, 10PE480 dövlət qeydiyyat nişanlı avtomobildə aşkar edilmiş 01 ədəd üzərində hər hansı marka, adı və qeydiyyat nişanəsi olmayan çoxavazlı səs siqnalının mühərriki və onun komplekt hissəsi olan 4 çıxışlı qırmızı rəngdə səs siqnalları inzibati xətanın törədilməsində istifadə olunan alət (predmet) hesab olunduöu üçün həmin avtomobildən sökülərək maddi sübut kimi götürülməklə saxlanca qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini,onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin sanksiyasının həddi daxilində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet- 01 ədəd üzərində hər hansı marka, adı və qeydiyyat nişanəsi olmayan çoxavazlı səs siqnalının mühərriki və onun komplekt hissəsi olan 4 çıxışlı qırmızı rəngdə səs siqnalları müsadirə edilməklə, 500 (beş yüz) manat miqdarında cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar