Məhkəmə qərarları › İş №3(067)-1549/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1549/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1549/2022 11.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, Şimal Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı gömrük xidməti baş leytenantı X12, Şəxs etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X18 göstərdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:00 radələrində Simal Ərazi Bas Gömrük İdarəsinin. Gömrük Prosedurları və Ödənişləri Şöbəsində, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-dən Rusiya Federasiyası, Moskva səhəri, X4, Talapixina küçəsi, ev 41, mərtəbə 6, ofis 103 ünvanında qeydiyyatda olan "xxxx" MMC-və ixrac olunan 23314,18 manat dəyərində, 19592 kq çəkidə “üzüm” yükünün gömrük rəsmiləşdirilməsi məqsədi ilə vük müsayət sənədləri yoxlanan zaman, “161601” nömrəli fitosanitar sertifikatın üzərindəki QR kodu scan edilmiş və Azərbaycan Respublikası Qida X1 X5 Sistemindən əldə olunmuş məlumata əsasən, “161601” nömrəli fitosanitar sertifikatın “nektarin” yükünə verildiyi müəyyən olunmuşdur. Bundan sonra. “X21 1840 yük” markalı, 01BS427/10ZB095 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük verində olan “üzüm" yükü yoxlanılmış, yük müşayət sənədləri və “üzüm" yükü protokol əsasında götürülərək araşdırma aparılması məqsədi ilə Əməliyyat və Təhqiqat Şöbəsinə təhvil verilmişdir. Aparılan araşdırma ilə əlaqədar, “161601” nömrəli fitosanitar sertifikatın hansı növ məhsula verildiyini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinə sorğu verilmiş, X11 cavab məktubunda “16-1601” nömrəli fitosanitar sertifikatın “nektarin” məhsuluna verildiyi qeyd olunmuşdur. Araşdırma zamanı, nəqliyyat vasitəsindən əmtəəsünüslıq ekspertizası keçirilməsi üçün protokol əsasında nümunə götürülmüş və yükün tez xarab olan mal olmasını nəzərə alaraq. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 131-ci maddəsinə Şəxs MMC-nin nümayəndəsinə təhvil verilmişdir. İş üçün əhəmiyyətini nəzərə alıb, “kompyuter texniki” və “əmtəəşünaslıq” ekspertizaları təyin olunmuş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli. 5/7867 saylı və xx.xx.2022-ci il tarixli. 9/5392 saylı ekspertiza rəylərinə əsasən, ekspertiza tədqiqatına təqdim olunmuş 19592 kq çəkidə üzüm yükünün qiyməti 23510,40 manat təşkil edir, tədqiqata təqdim edilmiş “161601” saylı fitosanitar sertifikatın “8.Fərqləndirici nişanlar, qablaşdırılan yüklərin sayı və təsviri: bitkinin botanik adları" qrafasında olan “ Виноград” və “Vitis Vinfera” yazıların verində mexaniki üsulla pozma aparılaraq indiki yazılar çap edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsində nəzərdə tutulmuş inizbati xətanı törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclasında göstərdi ki, X14 "xxxx" MMC-nin Xaçmaz səhəri yerləşən ofisində işləyir. Belə ki, həmin ofisdə MMC-nin ixrac etdiyi yüklərin sənədləşdirilməsini həyata keçirir. Şəxs MMC xarici ölkələrə müxtəlif növ meyvə yükləri ixrac edirlər. İxrac olunan meyvə yükləri üçün firosanitar serifikatı alınması məqsədi ilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentlivininə müraciət etmiş və sertifikat alırıq. "xxxx" MMC tərəfindən Rusiya Federasiyasında qeydiyyatda olan “Domino" MMCvə nektarin yükü ixrac olunması məqsədi ilə “AQTA”-ya müraciət olunmuş və müvafiq sertifikatlar alınmışdır. xx.xx.2022-ci il tarixdə X7 zəng edərək Azərbaycan Respublikası Qida X3 səhərində yerləşən nümayəndəliyindən fitosanitar sertifikatları götürüb ofisə gətirməsini bildirmişdir. X9 həmin sertifikatları götürüb Xaçmaz şəhərində yerləşən ofisə gətirmişdir. Elyar Hacıyev nektarin yükünə dair verilmiş fitosanitar sertifikatın 8-ci qrafasındakı yükün adının üzərini “lezva” vasitəsilə silmiş və kompyuter vasitəsilə üzərinə “Виноград” sözü yazmışdır. Fitosanitar sertifikatın üzərində dəyişiklik etməyində məqsəd, "xxxx" MMC-dən Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" ММС-yə üzüm yükü ixrac etmək olmuşdur. Belə ki, üzüm yükü ixrac etmək üçün müvafiq fitosanitar sertifikatı əldə edə bilməmişdir. Bu səbəbdən də, naktarin yükünə dair 161601 nömrəli fitosanitar sertifikatının üzərində dəyişiklik edərək həmin sənəddən üzüm yükünün ixracı üçün istifadə etmək qərarına gəlmişdir. Bundan sonra, həmin sənədi gömrük orqanına aparması üçün X7 vermişdir. Mehman Mirzəmədov üzüm yükünə dair yük müşayət sənədlərini götürüb gömrük rəsmiləşdirməsi məqsədi ilə Şimal Ərazi Baş Gömrük idarəsinə getmişdir. Bir müddət sonra, X2 Hacıyevlə əlaqə saxlayaraq gömrük əməkdaşı tərəfindən 161601 nömrəli fitosanitar sertifikatın üzərində dəyişiklik aşkar edildiyini bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 17 avqust 2022-ci il tarixli, 5/867 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 161601 nömrəli Fitosanitar sertifikatının “8.Fərqləndirici nişanlar, qablaşdırılan yüklərin sayı və təsviri; məhsulun adı; bitkinin botanik adları” qrafasında olan “Виноград» və “VİTİS VİNFERA” yazıların yerində mexaniki üsulla pozma aparılaraq indiki yazılar çap edilmişdir. Həmin düzəlişlər yerli və intensiv olduğu üçün ilkin yazıları müəyyən etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli. 9/5392 saylı ekspertiza rəylərindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 19592 kq çəkidə üzüm yükünün qiyməti 23510,40 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 481-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Aərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 481-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Elyar Hacıyev nektarin yükünə dair verilmiş fitosanitar sertifikatın 8-ci qrafasındakı yükün adının üzərini “lezva” vasitəsilə silmiş və kompyuter vasitəsilə üzərinə “Виноград” sözü yazmışdır. Fitosanitar sertifikatın üzərində dəyişiklik etməyində məqsəd, "xxxx" MMC-dən Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" ММС-yə üzüm yükü ixrac etmək olmuşdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə iş materiallarında olan Şəxs nümayəndəsinin etirafedici izahatını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində, yəni 9404 (doqquz min dörd yüz dörd) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 481-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin qırx faizi məbləğində, yəni 9404 (doqquz min dörd yüz dörd) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar