Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1552/2022 28.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, N.Gəncəvi küçəsi ev 17-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, saat 08:45 radələrində Xaçmaz dəmir yolu stansiyası ərazisində piyadalar üçün təyin olunmayan yerdən keçmiş və bununla bağlı polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarxidə, saat 08:45 radələrində tələsdiyinə görə Xaçmaz stansiyasında dayanan yük qatarının, vaqonun tanborundan keçmişdir. Bu zaman polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək bildirmişdir ki, piyadalar üçün olan keçiddən istifadə etsin, vaqonun tanborundan keçmək olmaz və onu Xaçmaz st. xətt polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşına işə gecikdiyini bildirərək onu buraxmasını xahiş etmiş, lakin polis əməkdaşı onu yenidən şöbəyə dəvət etmişdir. Bu zaman o, polis əməkdaşının qanuni tələbinə əməl etməyərək yoluna davam etmiş, həmin yerdən uzaqlaşan zaman polis əməkdaşı onun araxasınca gələrək saxlamış və onu Xaçmaz st. XPŞ-yə aparmışdır. Törətdiyi əməldən peşman olduğunu, ailəli olmaqla himayəsində 10 və 12 yaşlı uşaqlarının olmasını bildirmişdir. Barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Həmçinin o, əlilliyi olmadığını bildirmişdir. Məhkəmə iclasında izahat vermiş şahid X1 bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə polis serjantı Fərdi Əkbərov ilə Xaçmaz stansiyasında xidmətdə olduqları zaman saat 08:45 radələrində şəxsiyyəti onlara sonradan məlum olan barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs piyadalar üçün təyin olunmayan yerdən keçdiyini görərək sonuncunu saxlayaraq Xaçmaz st. XPŞ-yə dəvət etdikləri zaman Şəxs onların qanuni tələbinə tabe olmamış, daha sonra isə onlar Şəxs XPŞ-yə gətirmişlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan izahatlardan, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından, şahidin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, o, polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1985-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1552/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1552/2022
28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver