Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1554/2022 29.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Dəvəçi rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Şabran rayonu Dəvəçi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələri üzrə tərtib edilmiş inzibati materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 18-45-də Mersedes Benz 310 markalı 10XA- 462 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır, yoxlama zamanı müəyyən olmuşdur ki, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsi ilə sərnişin daşıması müəyyən edilmişdir. Bununla da Şəxs «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Xaçmaz rayon Yol patrul xidməti inspektoru X1 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, xx.xx.2022-ci il tarixdə saat 18-45-də Mersedes Benz 310 markalı 10XA-462 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən tərəfindən saxlanılmış, yoxlama zamanı müəyyən olmuşdur ki, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsi ilə sərnişin daşıyır. Bununla da Şəxs «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 18-45-də Mersedes Benz 310 markalı 10XA-462 dövlət qeydiyyat nişanlı avtomobili ilə ümumi istifadədə olan nəqliyyat vasitəsi ilə sərnişin daşıyarkən YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Halhazırda o, törətdiyi əməldən peşmandır. Ona görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 332.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və iş üzrə toplanmış material ilə tam təsdiq olunur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasənümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə-on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1977-ci ildə Dəvəçi rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 332.5-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati tənbeh təyin edilsin. Həbsin əvvəli 29 sentyabr 2022-ci il saat 15-35-dən hesablansın . Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulma) alınsın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1554/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1554/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver