Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1561/2022 30.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Xaçmaz rayonunun Mirzəmməd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, evdar qadın, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Mirzəmməd kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 22 may 2022-ci il tarixdə axşam saatlarında Xaçmaz rayonunun Mirzəmməd kəndində yaşadığı ünvanda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qohumu Zərərçəkmiş şəxs daşla vurmaqla ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin polis sahə rəisi X4 göstərdi ki, Şəxs 22 may 2022-ci il tarixdə axşam saatlarında Xaçmaz rayonunun Mirzəmməd kəndində yaşadığı ünvanda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qohumu Zərərçəkmiş şəxs daşla vurmaqla ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bu səbəbdən Şəxs barəsində təhqiqat aparılaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törənmiş xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs onun əmisi oğlu, həm də torpaq qonşusu olmaqla bir neçə ildir ki, aralarında yaşadıqları ünvanda həyətyanı torpaq sahələrinin sərhədləri ilə bağlı mübahisə mövcuddur. 22 may 2022-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs növbəti dəfə də torpaq sahəsi üstündə onunla mübahisə edərək onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Lakin o, Zərərçəkmiş şəxs daşla xəsarət yetirməmiş, bu barədə göstərdikləri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun əmisi qızı, həmdə torpaq qonşusudur. Aralarında bir neçə ildir ki, həyətyanı torpaq sahəsi mübahisəsi vardır. Belə ki, Şəxs və ailə üzvləri bir neçə ildir ki, onun həyətyanı torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etməklə geri qaytarmır. Bu barədə cavabdeh şəxslərə qarşı məhkəmədə iddia da qaldırmış və iş üzrə ekspertizalar təyin edilmişdir. Torpaq sahəsi üstündə mübahisə mövcud olduğundan Şəxs və ailə üzvləri daim onunla mübahisə etməklə onu narahat edir, söyür və əmlaklarına zərər vururlar. Bu səbələrdən öz evində əmin-amanlıq şəraitində yaşaya bilmir. Özü yaşlı və xəstədir. Sonuncu dəfə 22 may 2022-ci il tarixdə axşam saatlarında Şəxs və ailə üzvləri yenidən onunla mübahisə etmiş, Şəxs onun üstünə bir neçə daş ataraq ayaq nahiyyəsinə xəsarət yetirmişdir. O, barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. Şəxs barəsində şikayətçi olmaqla iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. İşdə olan Xaçmaz rayon Polis Şöbəsinin təhqiqatçısı Samir Alxanov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs 102 xidmətinə etdiyi zəng əsasında toplanmış material üzrə Şəxs hərəkətlərində cinayət tərkibi olmadığından və sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin 27 may 2022-ci il tarixli, 299 saylı rəyindən görünür ki, 1938-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- sağ diz oynağı nahiyyyəsinin qançırı bərk küt əşya (əşyalar) tərəfindən törənməklə, yetirilmə müddəti 22 may 2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, tərtib olunmuş 30 sentyabr 2022ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxs daşla xəsarət yetirməməsi, yaxud ona qarşı hər hansı hüquqazidd hərəkətə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1561/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1561/2022
30.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver