Məhkəmə qərarları › İş №3(067)-1563/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1563/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1563/2023 28.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X7 Polis Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1975-ci ildə Xaçmaz rayonunun Orta-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Ortaoba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon X9 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 28 noyabr 2022-ci il tarixdə səhər saatlarında sosial şəbəkələrdə dövlət əleyhinə foto və video paylaşması ilə əlaqədar X8 daxil olmuş məlumatla bağlı bölməyə dəvət olunmuş, polis bölməsində onunla müvafiq profilaktiki söhbət aparılarkən bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili Zahid Mahmudova qarşı aqressiv davranış nümayiş etdirmiş, qeyri-etik davranışları ilə bağlı dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X7 Polis Bölməsinin polis sahə rəisi X2 göstərdi ki, Şəxs Şəxs 28 noyabr 2022-ci il tarixdə səhər saatlarında sosial şəbəkələrdə dövlət əleyhinə foro və video paylaşması ilə əlaqədar X8 daxil olmuş məlumatla bağlı bölməyə dəvət olunmuş, polis bölməsində onunla müvafiq profilaktik söhbətlər aparılarkən bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili Zahid Mahmudova qarşı aqressiv davranış nümayiş etdirmiş, qeyri-etik davranışları ilə bağlı dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərib edilərək materiallar baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, o, 28 noyabr 2023-cü il tarixdə Xaçmaz rayon X7 Polis Bölməsinə dəvət edilmiş, o, polis əməkdaşlarının dəvəti ilə polis bölməsinə gəlmiş, lakin orada polis əməkdaşlarının tələblərinə tabesizlik göstərməmişdir, sosial şəbəkələrdə dövlət əleyhinə foto və videoları paylaşması hallarına yol verməmiş, sadəcə həmin məlumatları açıb baxmış, lakin paylaşmamışdır. Bu hərəkətinə görə səhvə yol veribsə bağışlanılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Xaçmaz rayon X7 Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X3 göstərdi ki, Şəxs 28 noyabr 2022-ci il tarixdə səhər saatlarında sosial şəbəkələrdə dövlət əleyhinə foto və video paylaşması ilə əlaqədar X8 daxil olmuş məlumatla bağlı rəhbərliyin göstərişinə əsasən tərəfindən bölməyə dəvət olunmuş, polis bölməsində Şəxsla bu mövzuda müvafiq profilaktik söhbətlər aparılarkən sonuncu ona qarşı aqressiv davranış nümayiş etdirmiş, qeyri-etik davranışları ilə bağlı dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq hüquqazidd hərəkətlərini davam etdirib polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs hərəkətləri barədə müvafiq tədbir görülməsi üçün tərəfindən bölmə rəisinə raportla müraciət olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 28 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahidin ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İnzibati xəta törətmiş şəxs Şəxs polis əməkdaşlarına qarşı hər hansı hüquqazidd hərəkətə yol verməməsi və izahatında irəli sürdüyü bu kimi dəllilər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, onun bu barədə irəli sürdüyü dəlillər özünü müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşıyır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin operatoru Orxan Kərimov tərəfindən tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli raportdan görünür ki, 24 noyabr 2023-cü il tarixdə tərəfindən sosial şəbəkələrə baxış keçirilərkən Sosial şəbəkələrdə vətənpərvərlik prinsiplərinə, milli-mənəvi və ümumibəşəri dəyərələrə və ictimai mənəviyyata zidd hallara yol verən şəxsləri eləcədə, şəxsiyyəti, şərəf və ləyaqəti təhqir edən aqressivliyi ilə seçilən sosial şəbəkə iştirakçılarını aşkar edərək aidiyyatı üzrə rəhbərliyə məruzə edilməsi ilə əlaqədar «Facebook» adlı sosial şəbəkədə Şəxs “Kerim Kerim” profili ilə dövlət əleyhinə fotoşəkil və video paylaşımlarını müəyyən etdiyindən raportla şöbə rəhbərliyinə müraciət etmişdir. İş materiallarında olan Xaçmaz rayon X7 polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Zahid Mahmudov tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09:30 radələrində Xaçmaz rayonu, Ortaoba kəndində yaşayan Şəxs sosial şəbəkələrdə dövlət əleyhinə foto və video paylaşması ilə bağlı rayon Polis Şöbəsinin ƏRQ-nin operatoru, polis baş serjantı Orxan Kərimovun raportu üzrə qeyd olunan şəxs tərəfindən polis bölməsinə dəvət olunmuşdur. Bölmədə Şəxsla müvafiq profilaktik söhbət aparılarkən sonuncu ona qarşı kobudluq nümayiş etdirərək özünü qeyri-etik apardığından bir neçə dəfə tərəfindən nizam-intizama dəvət olunmuş, lakin sonuncu polis əməlkdaşı Zahid Mahmudovun qanuni tələblərimə qəsdən tabe olmayaraq hərəkətlərini davam etdirərək bölmə əməkdaşlarının iş rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs səlahiyyətli şəxslərin hüquqazidd hərəkətlərini dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətlərini davam etdirməsini məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halı, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 28 noyabr 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar