Məhkəmə qərarları › İş №3(067)-1566/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1566/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1566/2023 30.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1967-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyəN, əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(031)-1081/2018 saylı qətnaməsinə əsasən borclu Şəxs 15 oktyabr 2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 110 manat miqdarında alimentin alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Lakin borclu Şəxs icra sənədində göstərilən tələbi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 göstərdi ki, Xaçmaz rayon məhkəməsi tərəfindən verilmiş 20 avqust 2018-ci il tarixli, 2(031)-1081/2018 saylı qətnaməsinə əsasən borclu Şəxs 15 oktyabr 2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 110 manat miqdarında alimentin alınaraq tələbkar X3 verilməsi təmin edilməlidir. Məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə rəsmi bildirişlər göndərilərək xəbərdarlıq edilməsinə, icra şöbəsinə dəvət edilərək ona qanunun tələbləri dəfələrlə izah edilməsinə baxmayaraq keçən müddət ərzində ödəniş etməkdən yayınmaqla icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs hazırda tələbkar X6 olan aliment borcu 6710 manat təşkil edir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqdirli bilməyərək göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 2(031)-1081/2018 saylı qətnaməsinə əsasən ondan 15 oktyabr 2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş uşağı X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 110 manat miqdarında alimentin alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. Əvvəllər müəyyən işlərdə işləsə də sonradan işdən çıxmış və daimi iş yeri olmadığından məhkəmə qətnaməsi ilə müəyyən olunmuş məbləği hər ay ödəyə bilməmişdir. 30 noyabr 2023-cü il tarixdə icra məmuru X4 onu Xaçmaz rayon İcra şöbəsinə dəvət edərək Şabran rayon Məhkəməsinin 21.11. 2018-ci il tarixli icra sənədi üzrə borcunu ödəmədiyinə görə izahat tələb etmişdir. İzahat verərkən göstərilən borcun ödəməməsinin səbəbi olaraq iki ali təhsili olmasına rəğmən işsiz olması, iş tapa bilmədiyi, başqa heç bir yerdən gəliri olmadığnı şifahi olaraq və yazılı olaraq bildirmişdir. F.Adıgözəlov buna baxmayaraq protokol tərtib edilərək barəsində inzibati tədbir görülməsi üçün məhkəməyə müracət ediləcəyini bildirmişdir. O, məhkəmə qərarının icrasından heç vaxt qərarzli olaraq yayınmamışdır. Bunu icra məmuruna da dəfələrlə bildirmiş, hər dəfə də dəvət edilərkən, icra məmurunun çağırışlarına gəlmişdir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 38ci maddəsində müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad etmə nəzərdə tutulmuşdur. Belə ki, İXM-nin 38.1-ci maddəsinə əsasən “İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Əlavə olaraq bildirir ki, bu məsələ xx.xx.2023-cü ıl tarixdə F. Adıgözəlovla aralarında müzakirə olunmuş və onun göstərdikləri haqlı hesab edilmişdir. Lakn buna baxmayaraq icra məmuru Qanunvericiliyin tələblərini pozaraq onun barəsində inzibati xəta haqqınd protokol tərtib etmişdir. İXM-nin 53.1. maddəsinə əsasən “Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir:” və 53.1.6 maddəsinə əsasən “53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda;” Ona görə də göstərilənləri nəzərə alaraq icra məmuru Faqil Adıgözəlov tərəfindən onun barəsində inzibati xəta haqqında icraatın başlanımasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 30 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iş üzrə məhkəmə qətnaməsi 20 noyabr 2018-ci il tarixdə çıxarılmasına və qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icraatına icraata qəbul edilməklə icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu Şəxs aliment ödənişlərindən yayınmış və hal-hazırda 6710 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. tərəfin müəyyən təqsirli hərəkətləri və maneçilikləri nəticəsində hal-hazıradək icrası mümkün olmamış və beləliklə də tələbkarın qanunla qorunan əmlak üzərində mülkiyyət hüquqlarının pozulmaqda davam etməsinə səbəb olmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» BMT-in 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsinin əsası kimi izahatında göstərdiyi hallar və irəli sürdüyü dəlillər, eləcə də məhkəmə iclasında təqdim etdiyi ərizə özünü müdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Belə ki, aliment münasibətləri davamlı olduğundan göstərilən hallar onu inzibati məsuliyyətdən azad etmir. İcra haqqında Azərbaycan Respublikasının Qanunun 1-1-ci maddəsinə əsasən İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 07 (yeddi) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 30 noyabr 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar