Məhkəmə qərarları › İş №3(067)-1569/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1569/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1569/2023 30.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs Bayramova Ülkər Xantəmir qızının, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1964-cü ildə Qusar rayonunun Balaqusar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Fərzəlioba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin prosesində Bayramova Ülkər Xantəmir qızının ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında ptotokolu tərtib etmiş şəxs bildirmişdir ki, vətəndaş Ülkər Bayramova xx.xx.2023-cü il tarixdə Xaçmaz RPŞ-yə ərizə ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin inzibati binasından çıxarkən üç nəfər şəxs Xaçmaz rayon, Fərzəlioba kənd sakinləri Şəxs, Şıxmuradov Fariz və Şıxmuradov Mübariz tərəfindən onun ünvanına nalayiq ifadələr işlədilərək təhqir olunmasını qeyd etmişdir. Faktla bağlı tərəflər Xaçmaz RPŞ-yə dəvət olunaraq izahatları alındıqda şikayətçi onu söyərək təhqir etdiklərini bildirsə də, qarşı tərəf təhqir etmədiklərini bildirmişlər. Mübahisəli məsələ oluğundan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, o, Şəxs ilə qonşudur. Aralarında həmin tarixdə mülki işlə bağlı məhkəmə prosesi olmuşdur. Məhkəmədən çıxdıqda hər dəfə onu söyür, təhqir edirlər. 26 oktyabr tarixdə məhkəmə prosesindən sonra olan faktla bağlı Xaçmaz RPŞ-nin TB-də araşdırma aparılır. 21 noyabr tarixdə məhəkəmə prosesindən sonra, məhəkəmənin həyətində onun və yaxınlarının ünvanına nalayiq ifadələr işlədilmişdir. O, həmin vaxtı olanların telefonla videoçəkilişini aparmışdır. Məhəkəmə iclasında zərərşəkmiş şəxs tərəfindən telefon vasitəsilə aparılmış videoçəkilişə telefon və audio-video disk vasitəsilə baxış keçirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs Ülkər Bayramovanın ünvanına əsəbləşdiyi üçün söydüyünü bildirmişdir. Ülkər Bayramova hər dəfə polis zabiti olan qardaşı ilə onları hədələyir. O, özünü təqsirli bilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla və iş materialları ilə tam sübuta yetir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx.xx.1964-cü ildə Qusar rayonunun Balaqusar kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar