Məhkəmə qərarları › İş №3(067)-157/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-157/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-157/2021 01.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Xaçmaz rayonunun Qaraçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Xaçmaz rayonunun Qaraçı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə Xaçmaz rayon İcra Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏN ETDİ : Şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Vaqif Cavadov tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli MN ******* saylı icra sənədi üzrə o, cərimə olunmasına baxmayaraq o, qeyd olunan cəriməni ödəmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahatı alınmış inzibati xəta törədən şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Vaqif Cavadov tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli MN ******* saylı icra sənədi üzrə o, cərimə olunmasına baxmayaraq o, qeyd olunan cəriməni ödəməmişdir. Məhkəmə iclasında izahat vermiş Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru X2 göstərmişdir ki, Şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Vaqif Cavadov tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli MN ******* saylı icra sənədi üzrə cərimə olunmasına baxmayaraq o, qeyd olunan cəriməni ödəmədiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Vaqif Cavadov tərəfindən tərtib olunmuş xx xxxx 2019-cu il tarixli MN ******* saylı icra sənədi üzrə borclu Şəxs 2000 manat məbləğində cəriməni dövlət büdcəsinə ödəməlidir. Şəxs icra sənədi üzrə 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinib, ona 180 (yüz səksən) saat müddətində ictimai işlər inzibati tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar