Məhkəmə qərarları › İş №3(067)-1586/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1586/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1586/2025 05.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 «inzibati tənbeh vermə haqqında» 22 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından Xaçmaz rayon, X1 verdiyi şikayət ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ : Vəzifəli şəxs X3 şikayət ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 22 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunan sənədləri araşdıraraq müəyyən etmişdir ki, qeyd olunan 22 oktyabr 2025-ci il tarixli qərarın şikayət verilməsi müddəti qanunvericilikdə 10 gün müəyyən edilsə də, X3 qeyd olunan müddəti ötürmüş və 04 noyabr 2025-ci il tarixdə həmin qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qüvvəyə minir. İş materiallarından da göründüyü kimi, qərardan şikayət verən şəxs şikayətini qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ərzində verməyərək, şikayət vermə müddətini ötürmüş və müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Beləliklə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 «inzibati tənbeh vermə haqqında» 22 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından vəzifəli şəxs X1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-d il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənləri nəzərə alaraq, 43-48, 128-130 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 «inzibati tənbeh vermə haqqında» 22 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarından vəzifəli şəxs X1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar