Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1587/2023 20.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası X2 Xidməti Quba- Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə Hüquqi ünvanı Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 469.2-ci maddəsi ilə Azərbaycan Respublikası X2 Xidməti Quba-Xaçmaz regional şöbəsi tərəfindəndaxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nın 469.2-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən tərtib edilmiş 07 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmiş, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İXM-nin112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirdi ki, Şəxs MMC-nin barəsində aşkar olunmuş inzibati xəta ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən müəssisənin direktoru vəzifəli şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin tərəfindən cərimə olunmuş hüquqi şəxs qismində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, lakin əks tərəfin nümayəndəsinin izahatı iş materiallarına əlavə edilmədiyindən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qeyd olunan sənədlər iş materiallarına əlavə edilərək Xaçmaz rayon məhkəməsinə göndərilmiş və inzibati xəta haqqında protokola baxılması məhkəmədən xahiş olunmuşdur. Müəssisənin baş mühasibi izahatında qeyd etmişdir ki, işçilərin bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin olunmamışdır. Müəssisənin direktoru vəzifəli şəxs qismində barəsində təyin olunmuş cəriməni artıq ödəmiş və bununla da hüquqi şəxs kimi inzibati xəta baş verməsini sübut etmişdir. Əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən Şəxs MMC-nininzibati xəta törətməsi barədə şübhələr aşkar olunduğundan baxılması üçün X2 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilmişdir. Müəssisənin nümayəndəsi dəvət olunaraq izahatı alındıqda inzibati xətanın törədilməsi müəyyən edilmişdir. Qeyd olunan xətanın aradan qaldırılması barədə hazırda məlumatlarının olmadığını, lakin həmin xəta aradan qaldırılmazsa, barələrində yenidən inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmişdir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs MMC tərəfindən İXMnin469.2-cimaddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətin Quba-Xaçmaz regional şöbəsinin 07 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və 18 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin ititrilməsihallarından icbari tibbi sığortalanmasını təmin etmədiyindən o, Azərbaycan Respublikası İXM-nin469.2-ci maddəsinə əsasən 1500 manat məbləğində inzibati cərimə olunmuş və həmin cərimənin ödənilməsi 143600 büdcə təsnifat kodlu "xxxx" ASC-dən çıxarışda öz əksini tapmışdır. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli, Şəxs MMC-nin nümayəndəsinin izahatdan görünür ki, müəssisədə 11 nəfər işçi işləyir ki, onların hər biri ilə əmək müqaviləsi bağlanmış, lakin həmin işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta olunması təmin olunmamışdır. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli protokoldan və 18 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası X2 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən Şəxs MMC-nin direktoru X1 Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən 1500 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin 143600 büdcə təsnifat kodlu ödəniş tapşırığından görünür ki, Şəxs MMC-nin direktoru X1 barəsində olan 1500 manat məbləğində cəriməni ödəmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri və andlı iclasçılar, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla)bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanununun 4-cü maddəsinə əsasən şaağıdakılar icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar: Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; dövlət orqanları; hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;seçkili orqanlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun21-ci maddəsinə əsasən sığortalılar tərəfindən bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində qanunvericiliyə uyğun olaraq dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir; sığortalılar tərəfindən istehsalat zədələri və peşə xəstəlikləri üzrə baş vermiş hadisələrin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəməyə təqdim edilən sənədlərdən göründüyü kimiaşkar olunmuş xəta ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətin Quba-Xaçmaz regional şöbəsi tərəfindən araşdırma aparılarkən Xaçmaz rayonu, Seyidlikəndyeri kəndində yerləşən Şəxs MMC-ninAzərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərinin pozulması faktı aşkar olunmuşdur. Odur ki, Şəxs MMC İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun törədilmə halını və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs MMC-yə İXM-nin 469.2-сimaddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin110.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır.İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görəziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Göründüyü kimi inzibati xəta Şəxs Məhdud Məsuliyyətli tərəfindənhərəkətsizlik formasında törədilmişdir.Qeyd olunan inzibati xəta ilə bağlı hüquqi şəxsin səlahiyyətli nümayəndəsi də müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilmiş və o, barəsində tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirini icra etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, hüquqi şəxs tərəfindənistehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmək vəzifəsi təmin edilməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 469.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-сi maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aynur Əliyeva İş № 3(059)-11/2023 Siyəzən Rayon Məhkəməsi MƏHKƏMƏİCLASİNİN PROTOKOLU 15 fevral 2023-cü il Siyəzən şəhəri Hakim: Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Qasımov Kənan Güloğlan oğlunun katibliyi ilə Hüquqi ünvanı Hüquqi ünvanı ünvan 3ER” MMC (VÖEN **********)Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə X5 Yanğın Nəzarət Xidməti Şimal regional X6 İdarəsindəndaxil olmuş inzibati xəta haqqında materiala Siyəzən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında saat 11:40-da baxılır. Sədrlik edən məhkəmə iclasını açır, baxılacaq inzibati işi və məhkəmə iclasının audio-video qeydiyyat ilə aparıldığını elan edir. Məhkəmə iclas katibi Azərbaycan Respublikası İXM-nin 112.1.2-ci maddəsinə əsasən məruzə edərək bildirir ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati xəta haqqında protokolu tərtib edən şəxslərə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişlər. Sədrlik edən Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən məhkəmə iclasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib edən şəxsin nümayəndəsinin iştirakları olmadan aparılması mümkün hesab edir. Sədrlik edən"xxxx" MMC-nin direktoru Məsmə Vəliyeva tərəfindən məhkəməyə 14 fevral 2023-cü il tarixdə vəsatət göndərildiyini, vəsatətdə, Azərbaycan Respublikası Fövqəladə X5 Yanğın Nəzarət Xidməti Şimal regional X6 İdarəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulduğunun, "xxxx" MMC-ninBakı şəhəri Binəqədi rayon ərazisində qeydiyyatda olduğunun, bu səbəbdən sözügedən inzibati xəta haqqında işə Siyəzən Rayon Məhkəməsi tərəfindən deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğunun, habeləişçilərlə icbari sığorta müqavilələri imzalandığının, odur ki, MMC barəsində inzibati xəta haqında protokol düzgün tərtib edilmədiyi üçün sözügedən protokolun ləğv edilməsinin xahiş olunduğunun qeyd edildiyini bildirir. Məhkəmə yerində müşavirə edərək, Qərara alır: Törədilməsi istinad edilən inzibati xətaSiyəzən şəhərinin B.Səfəroğlu küçəsində yerləşən X7 Zavodunda törədildiyindən, habelə,vəsatətə əlavə edilmiş icbari sığorta müqavilələri işçilərlə imzalandığından, lakin inzibati xətanın törədilməsinə səbəb olmuş müqavilə, yəni daşınmaz əmlakın icbari sığortasına dair müqavilə vəsatətə əlavə edilmədiyindən, vəsatət təmin edilsin. Sədrlik edən iş materiallarını tədqiq edir. İş materiallarının tədqiqi bitmiş hesab olunur. Məhkəmə müşavirə otağına gedir. Qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 15 fevral 2023-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Məhkəmə iclasının katibi:
Məhkəmə qərarları › İş №3(067)-1587/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1587/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver