Məhkəmə qərarları › İş №3(067)-1591/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1591/2022

20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1591/2022 20.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin Xaçmaz Rayon Məhkəməsinin 02 mart 2010-cu il tarixli, 3(067)-99/2010 saylı qərarının icrasına xitam verilməsi barədə ərizəsinə baxaraq, müəyyənetdi: X1 rayon məhkəməsinin 02 mart 2010-cu il tarixli, 3(067)-99/2010 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsi ilə təqsirli bilinib 30 (otuz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi Xaçmaz rayon məhkəməsinə məktub (ərizə) ilə müraciət edərək 3 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan X3 (VÖEN **********) barəsində Xaçmaz rayon məhkəməsinin 02 mart 2010-cu il tarixli, 3(067)-99/2010 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsi ilə təqsirli bilinib 30 (otuz) manat məbləğində inzibati cərimə təyin edildiyini, Azərbaycan Respublikası İXM-nın 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tədbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətinə icra edilməmişdirsə, daha icra edilmədiyini bildirib X3 barəsində olan Xaçmaz rayon məhkəməsinin qeyd olunan qərarının icrasına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, X2 Xaçmaz rayon məhkəməsinin 02 mart 2010-cu il tarixli, 3(067)-99/2010 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 199-cu maddəsi ilə təqsirli bilinib 30 (otuz) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərarın icrasına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nın 146.1-1-ci maddəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Azərbaycan Respublikası İXM-nin 142.2-ci maddəsinə əsasən, bu Məcəllənin 142.1-ci maddəsində göstərilən məsələlərin həllində maraqlı olan şəxslərə həmin məsələlərə baxılmanın yeri və vaxtı barədə məlumat verilir. Maraqlı şəxslərin üzrlü səbəblər olmadan iştirak etməmələri göstərilən məsələlərə baxılması üçün maneə yaratmır. Azərbaycan Respublikası İXM-nin 142.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasının təxirə salınması, dayandırılması, onun icrasına möhlət və ya xilam verilməsi, yaxud yetkinlik yaşına çatmayan şəxsin üzərinə qoyulmuş cərimənin onun valideynlərindən və ya digər qanuni nümayəndələrindən tutulması məsələlərinin baxılmasına əsaslar olduqda, həmin məsələlərə qərarı çıxarmış hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən üç gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 145.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 146.1-1, 118, 128,130, 142, 145-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: X2 Xaçmaz rayon məhkəməsinin 02 mart 2010-cu il tarixli, 3(067)-99/2010 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 199-cu maddəsi ilə təqsirli bilinib 30 (otuz) manat məbləğində inzibati qaydada cərimə edilməsi barədə qərarın icrasına (qərar üzrə icraata) xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar