Məhkəmə qərarları › İş №3(067)-1592/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1592/2023

06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1592/2023 06.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Xaçmaz Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xaçmaz rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 3(067)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş 1000 manat cəriməni (qanunla müəyyən edilmiş əsaslar olmadan) ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz rayon İcra Şöbəsinin icra məmuru məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə cəzası təyin olunmuş, lakin ona təyin olunmuş həmin cəriməni xəbərdarlıqlar olunmasına baxmayaraq, dövlət büdcəsinə ödəməmişdir. Barəsində araşdırma aparılarkən kənd təsərrüfatlı torpaq sahəsi müəyyən olunmuş və üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət olunsa da, məhkəmə təqdimatı təmin etməmişdir. O, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu əsasında müəyyən olunmuşdur ki, fiziki şəxsin yanında əmək müqaviləsi əsasında işləyir və barəsində mühasibat işləri aparılmadığı üçün gəlirinə yönəltmək mümkün olmamışdır. Həmçinin bildirmişdir ki, Şəxs axtarış nəticəsində tapılaraq icra şöbəsinə təhvil verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, fiziki şəxsə olan borcuna görə 1000 manat məbləğində pulu ödəmişdir, lakin borclu olduğu fiziki şəxs borcun hissə-hissə ödənilməsinə razı deyil. O, hər ay 850-900 manat məbləğində qazanc əldə etdiyini, həmin qazancının çox hissəsindən borcunu ödədiyini, qalan hissəni isə ailəsinin dolanışığına xərclədiyini bildirmişdir. O, yanvar ayından başlayaraq hissə-hissə ödənişlər edə bilər. Əlavə olaraq bildirmişdir ki, Şuşa şəhərində işlədiyi üçün barəsində axtarış təyin olunmuşdur. O, işlədiyi işlə əlaqədar olaraq barəsində ictimai işlər və inzibati həbs növündə cəza təyin olunmamasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda, hazırda üzərində 1000 manat məbləğində pul olduğunu və məhkəmə prosesi bitdikdən dərhal sonra cəriməni və əsas borcundan bir hissəni ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 3(067)-792/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğudan görünür ki, Şəxs ********** nömrəli VÖEN əsasında 350 manat əmək haqqı əldə edir. Onun əmlakında ********** qeydiyyat nömrəli (**********50 reyestr nömrəli) torpaq sahəsi aşkarlanmışdır. Məhkəmə hesab edir ki, Xaçmaz rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədinin icrasının təmini məqsədi ilə kifayət qədər icra hərəkətləri edilməmişdir. Belə ki, Şəxs əmək müqaviləsi əsasında əmək haqqı almasına baxmayaraq, icra məmurunun onun fiziki şəxsin yanında işlədiyini və mühasibatlığı olmadığı üçün icra sənədini əmək haqqında yönləndirmədiyini əsas gətirərək, bununla bağlı iş materiallarına hər hansı sübut əlavə etmədən birbaşa İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etdiyi müəyyən edildi. Həmçinin, Şəxs pul vəsaitlərinin olubolmaması ilə bağlı banklardan və kredit təşkilatlarından məlumat alınmamış, borclunun müəyyən işlə məşğul olmamasını, o cümlədən onun başqa gəlir əldə edib-etməməsini təsdiq edən sübutlar da məhkəməyə təqdim olunmamışdır. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Xaçmaz rayon İcra Şöbəsinin böyük icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanılmış inzibati icraata onun əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Şəxs maddi imkanı olmadığından məhkəmə qərarını icra edə bilməmiş, cərimə və borcdan hissə-hissə ödəniş etmək istəməsi ilə qərarın icrasından yayınmadığını göstərmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53, 104.1, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən Xaçmaz rayon İcra Şöbəsinin böyük icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar