Məhkəmə qərarları › İş №3(067)-1592/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1592/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1592/2025 04.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X5 X6 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 13 iyul 2025-ci il tarixdə idarə etdiyi VAZ 21074 markalı ** HY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xudat Nabran yolunda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsinin sürətini tam dayanma həddində qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməmiş, nəticədə önündə dayanmış Hyunadi Sonata markalı ** CJ *** dövlət qeydiyya nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq həmin nəqliyyat vasitəsində olan sərnişinlər Zərərçəkmiş şəxs3, X2, X1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 bədənləri üzrəində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər almışlar. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və iş üzrə zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və iş üzrə zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və iş üzrə zərərçəkmiş şəxslərin iştirakları olmadan məhkəmə iclasının baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X5 X6 yol nəqliyyat hadisələri baş inspektoru, polis kapitanı Nümayəndə protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs VAZ 2107 markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobillə 13 iyul 2025-ci il tarixdə axşam saat 21:00 radələrində Xudat-Nabran yolunda yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində digər nəqliyyat vasitəsində olan 5 nəfər Qusar şəhər sakinləri yüngül xəsarət almışlar. Bir də maşına dəymiş maddi zərər var. Onunla bağlı zərərçəkmiş şəxslərə dəymiş zərər sığorta şirkəti tərəfindən ödənilib, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci material toplanılaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, ekspertiza rəyi, cinayət işi başlanmasının rədd edilməsi barədə 10 avqust 2025-ci il tarixli qərar, tərtib edilmiş 22 avqust 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə təmamilə təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Publik Hüquqi Şəxsin 14 iyul 2025-ci il tarixli, 419 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarət – təpə nahiyyəsinin hematoması bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 13 iyul 2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Publik Hüquqi Şəxsin 14 iyul 2025-ci il tarixli, 420 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 2014-cü il təvəllüdlü X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- təpə nahiyyəsinin bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 13 iyul 2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Publik Hüquqi Şəxsin 14 iyul 2025-ci il tarixli, 413 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - ənsə nahiyyəsinin hematoması bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 13 iyul 2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Publik Hüquqi Şəxsin 14 iyul 2025-ci il tarixli, 411 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – təpə nahiyyəsinin hematoması yarası bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 13 iyul 2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Publik Hüquqi Şəxsin 14 iyul 2025-ci il tarixli, 412 nömrəli rəyin nəticə hissəsindən görünür ki, 2009-cu il təvvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sol diz nahiyyəsinin əzilmiş yarası bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 13 iyul 2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən sürücülük hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququnun 06 (altı) ay müddətində məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar