Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1596/2025 06.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci ildə Şəxs narkotik vasitədən istifadə etmiş və keçirilmiş narkotik müayinəsi zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Şəxs narkotik vasitədən istifadə etmiş, müvafiq ekspertiza keçirilmiş və şəxsin narkotik vasitədən istifadə etdiyi təsdiq olunmuşdur. Araşdırma zamanı şəxs özü bildirmişdir ki, səhhətində olan problemlərlə əlaqədar ağrıkəsici kimi narkotikdən istifadə etmişdir. Bu səbəbdən tərəfindən İXM-nin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü qeyd olunan maddə ilə təqsirli olduğunu bilərək izahatında göstərmişdir ki, əvvəllər bir neçə dəfə ağrıkəsici kimi narkotik vasitədən istifadə etmişdir. Əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu, Çarxı kəndində yaşayan Şəxs psixotrop maddələri istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında o, Xaçmaz RPŞ-nin NMQ-nın əməkdaşları tərəfindən RPŞ-yə dəvət olunaraq həkim-narkoloq müayinəsindən keçirilən zaman sidik nümunəsində psixotrop maddə istifadə etməsi müəyyən edilmişdir. Həmin məlumat Xaçmaz RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında xx.xx.2025-ci il tarixdə HK-1/2852 saylı qeydiyyata alınmış və Xaçmaz RPŞ-nin TB-nın təhqiqatçısı, polis baş leytenantı Xəyal Hacıbalayev tərəfindən təhqiqat aparılmışdır. Aparılmış araşdırma zamanı toplanmış materialda cinayət tərkibi müəyyən edilməmiş, bu səbəbdən də müraciət əsasında aparılmış yoxlamanın nəticələri üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olması müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Xaçmaz RPŞ-nin İTB-yə göndərilmişdir. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” qərardan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-in Ambulator X1 xx.xx.2025-ci il tarixli, №-li 6487 rəyindən müəyyən edilir ki, Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Şəxs yaş həssi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci ildə Şəxs narkotik vasitədən istifadə etmiş və keçirilmiş narkotik müayinəsi zamanı onun narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32-ci maddəsinə əsaslanaraq Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını, eyni zamanda yaş həddini nəzərə alaraq məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin əməlini etiraf etməsi, əməlindən peşman olması və onun yaşı nəzərə alınaraq, törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınsın. Qərarın icrası Xaçmaz rayon Polis şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1596/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1596/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver