Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1598/2024 26.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3katibliyi, vəsatətlə müraciət etmiş şəxs X1 iştirakı ilə X2 barəsində DİN BDYPİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 23788351 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət vermə müddətinin bərpasına dair vəsatətə baxaraq müəyyən etdi: X2 məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ/ 23788351 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət vermək üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsini üzürlü hesab edərək bərpa edilməsini və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. X1 DİN BDYPİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 23788351 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət və şikayətin verilmə müddətinin bərpasına dair vəsatəti 19 dekabr 2024-cü il tarixdə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X2 izahat verərək bildirmişdir ki, dostunun avtomobilini idarə etməsi üçün etibarnamə əldə etmiş, dostunun adına olan cəriməyə əsasən sürücülük hüququ məhdudlaşdırılmışdır. Məhkəməyə müraciəti əsasında xx.xx.2024-cü il tarixli qərara əsasən sürücülük hüququnun məhdudlaşdırılmasına dair xx.xx.2024-cü il tarixli qərar ləğv olunmuş, lakin Xaçmaz DYPB tərəfindən qərar X5 daxil edilməmişdir.25 sentyabr 2024-cü il tarixdə radar vasitəsilə 10 manatlıq inzibati cərimə əvəzinə sürücülük hüququ olmayan şəxs kimi nəqliyyat vasitəsini idarə etdiyinə görə 400 manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində 400 manat məbləğində inzibati cərimə olunmasına dair sms bildiriş mobil telefonuna xx.xx.2024-cü il tarixdə göndərilmiş, lakin telefonunun sms qutusuna gec baxmışdır. O, maddi imkanın zəif olmasını nəzərə alınaraq şikayətin verilmə müddətinin bərpasına dair vəsatətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, vəsatətlə müraciət etmiş şəxsin izahatını dinləyib, vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 25 sentyabr 2024-cü il tarixli, EQ/ 23788351 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 “VAZ 21099” minik markalı, 50 DB769 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 328.1-ci maddəsinə əsasən 400 manat məbləğində inzibati cərimə olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 3(067)-815/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Xaçmaz Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 3(067)-815/2024 saylı qərarı üzrə icraata xitam verilmişdir. Beləki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-ci maddəsinə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Belə ki, X1 DİN BDYPİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 23788351 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbləri aşkar edilməmişdir. Göründüyü kimi, X2 tərəfindən verilmiş vəsatət əsassızdır. Belə ki, X2 qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzürlü hesab edilməsi üçün məhkəməyə hər hansı sübut təqdim etməmişdir. O, şikayət vermə müddətinin cərimə barədə məlumatlı olmadığından buraxıldığını billdirsə də, mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə göndərilmiş “sms” bildirişi məhkəmə iclasında göstərməklə cərimə barədə ona vaxtında məlumat verildiyini nümayiş etdirmişdir. Qeyd olunanlara əsasən müddətin buraxılması səbəbləri üzürlü hesab edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, X2 tərəfindən ötürülmüş müddətin bərpa edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, şikayət müddət keçməklə verilmişdir. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X2 barəsində DİN BDYPİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 23788351 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: X2 barəsində DİN BDYPİ-nin tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 23788351 saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə verilmiş vəsatəti təmin edilməsin. Qərardadın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1598/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1598/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver