Məhkəmə qərarları › İş №3(067)-16/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-16/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-16/2021 25.01.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, Dövlət X7 X3 nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.1962-ci ildə Qusar rayonu Xuray kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xudat şəhəri, X.Natəvan küçəsi 31 saylı evdə yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə daxil olmuş materiallara baxaraq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə X8 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair materialdan görünür ki, X1 Xudat şəhəri, M.F.Axundov küçəsi ünvanında yerləşən “GOLD MARKET” ticarət obyektinin fasadında müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. Məhkəmə iclasında Dövlət X7 X3 nümayəndəsi izahat verərək bildirmişdir ki, X1 Xudat şəhəri, M.F.Axundov küçəsi ünvanında yerləşən “GOLD MARKET” ticarət obyektinin fasadında müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklam yayımı faktı müəyyən edilmişdir. Lakin o, protokol tərtib olunandan sonra reklam ödənişini etmişdir. Dövlət X7 X3 nümayəndəsi məhkəməyə ərizə və (vəsatət) təqdim edərək materialın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəsatət təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin tələblərinə əsasən məhkəmə hesab edir ki, material geri qaytarılmalıdır. qərara aldı: Vəsatət təmin olunsun. X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə X8 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xətaya dair material inzibati tənbeh tətbiq edilmədən Dövlət X7 X5 geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar