Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1600/2023 26.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X6 iclas katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Xaçmaz Gömrük İdarəsinin nümayəndəsi X2 iştirakıilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən Xaçmaz Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz Gömrük idarəsinin əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən “Mersedes Benz” markalı, ** XG *** nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Kazan şəhərində qeydiyyatda olan, "xxxx" MMC-dən Azərbaycan Respublikası Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan, xx.xx.1948-ci ildə andan olmuş Şəxs adına idxal olunan, **********1754 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “şokolad” yükünə Əməliyyat və Təhqiqat şöbəsi ilə xx.xx.2023-cü il tarixdə birgə keçirilmiş gömrük yoxlaması zamanı yük müşaiyət sənədlərində olmayan 380 ədəd “Orbit White” saqqızı və 72 ədəd “Kinder süpriz” şokoladı aşkar edilərək protokol əsasında götürülmüşdür. İş üçün əhəmiyyətini nəzərə alıb ekspertiza təyin edilməsi barədə qərardad tərtib olunmu. Və ekpertizanın aparılması “ Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir.“ Azərekspertiza” Birliyinin xx.xx.2023-cü il tarixli, 012/23X saylı ekspert aktına əsasən adları təsviri hissədə qeyd edilən malların xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 476.8 (dörd yüz yetmiş altı) manat 80 qəpik“ müəyyən edildiyi qeyd edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokolu özü tərtib etmişdir.İnzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs adına idxal olunan, **********1754 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “şokolad” yükünə Əməliyyat və Təhqiqat şöbəsi ilə xx.xx.2023-cü il tarixdə birgə keçirilmiş gömrük yoxlaması zamanı yük müşaiyət sənədlərində olmayan 380 ədəd “Orbit White” saqqızı və 72 ədəd “Kinder süpriz” şokoladı aşkar edilərək protokol əsasında götürülmüşdür. Barəsində inzibati protokol tərtib edilmiş şəxs işə məhkəmə qaydasında baxılmasını xahiş etdiyinə görə inzibati xəta haqqında protokolu məhkəməyə təqdim etməli olmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xaçmaz Gömrük İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Xaçmaz Gömrük idarəsinin əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən “Mersedes Benz” markalı, ** XG *** nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Kazan şəhərində qeydiyyatda olan, "xxxx" MMC-dən Azərbaycan Respublikası Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan, xx.xx.1948-ci ildə andan olmuş Şəxs adına idxal olunan, **********1754 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “şokolad” yükünə Əməliyyat və Təhqiqat şöbəsi ilə xx.xx.2023-cü il tarixdə birgə keçirilmiş gömrük yoxlaması zamanı yük müşaiyət sənədlərində olmayan 380 ədəd “Orbit White” saqqızı və 72 ədəd “Kinder süpriz” şokoladı aşkar edilərək protokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 012/23-X nömrəli, xx.xx.2023-cü il tarixli aktından görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların ümumi orta bazar qiyməti 476.8 manat müəyyən edilmişdir. Xaçmaz Gömrük idarəsinin xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Xaçmaz Gömrük idarəsinin əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən “Mersedes Benz” markalı, ** XG *** nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Kazan şəhərində qeydiyyatda olan, "xxxx" MMC-dən Azərbaycan Respublikası Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan, xx.xx.1948-ci ildə andan olmuş Şəxs adına idxal olunan, **********1754 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “şokolad” yükünə Əməliyyat və Təhqiqat şöbəsi ilə xx.xx.2023-cü il tarixdə birgə keçirilmiş gömrük yoxlaması zamanı yük müşaiyət sənədlərində olmayan 380 ədəd “Orbit White” saqqızı və 72 ədəd “Kinder süpriz” şokoladı aşkar olunmuş və faktla bağlı araşdırma aparılması məqsədilə Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə təhvil verilmişdir. Xaçmaz rayonu, Çarxı kəndində yaşayan X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində İXM-nin 482.1-ci maddəsi ilə barəsində başlanılmış 01400-09510/23 saylı işə məhkəmə qaydasında baxılmasını xahiş etmişdir. Xaçmaz Gömrük idarəsinin əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçı X3 tərəfindən xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, “Mersedes Benz” markalı, ** XG *** nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyası, Kazan şəhərində qeydiyyatda olan, "xxxx" MMC-dən Azərbaycan Respublikası Xaçmaz rayonu, Çarxı kəndində qeydiyyatda olan, xx.xx.1948-ci ildə andan olmuş Şəxs adına idxal olunan, **********1754 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilən “şokolad” yükünə Əməliyyat və Təhqiqat şöbəsi ilə xx.xx.2023-cü il tarixdə birgə keçirilmiş gömrük yoxlaması zamanı yük müşaiyət sənədlərində olmayan 380 ədəd “Orbit White” saqqızı və 72 ədəd “Kinder süpriz” şokoladı aşkar edilərək protokol əsasında götürülmüşdür. İş üçün əhəmiyyətini nəzərə alıb ekspertiza təyin edilməsi barədə qərardad tərtib olunmu. Və ekpertizanın aparılması “ Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir.“ Azərekspertiza” Birliyinin xx.xx.2023-cü il tarixli, 012/23X saylı ekspert aktına əsasən adları təsviri hissədə qeyd edilən malların xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 476.8 (dörd yüz yetmiş altı) manat 80 qəpik“ təşkil etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşqul olur, Samur gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisinə “Mersedes Benz” markalı, ** XG *** nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə gətirilmiş və **********754 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş “şokolad” yükünə keçirilmiş gömrük yoxlaması zamanı bəyannaməsində qeyd olunmayan 380 ədəd “Orbit White” saqqızı və 72 ədəd “Kinder süpriz” şokoladı aşkar edilmişdir. Qeyd olunan malların bəyan edilməməsinin səbəbi yük müşayiət sənədlərində malların adları qeyd edilməməsinin unudulması ilə izah etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş (380 ədəd “Orbit White” saqqızı və 72 ədəd “Kinder süpriz” şokoladı) ümumi dəyəri 476.8 manat olan malların müsadirə növündə inzibati tənbeh təyin edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1948-ci ildə Xaçmaz rayonu, Çarxı kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş (380 ədəd “Orbit White” saqqızı və 72 ədəd “Kinder süpriz” şokoladı)ümumi dəyəri 476.8 manat olan mallarmüsadirəsi növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayonu icra və probasiya şöbəsinən həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan XaçmazRayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1600/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1600/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver