Məhkəmə qərarları › İş №3(067)-161/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-161/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-161/2024 15.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X7, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9, zərərçəkmiş şəxslər X2 və X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1988-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri, Çiləgir kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-278 saylı, xx.xx.2023-cü il tarixli, 2(067)-1432 saylı, xx.xx.2023-cü il tarixli, 2(067)-1474 saylı, xx.xx.2023-cü il tarixli, 2(067)-1094 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinə əsasən borclu Şəxs yaranmış 8265 manat 34 qəpik borcunu ödəməyərək icra məmurunun qanuni tələbini icra etmir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-278 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2200 manat məbləğində borc və ödənilmiş 42 manat dövlət rüsumu alınaraq X5, 2(067)-1432 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2000 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X3, 2(067)-1474 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış cəmi 1214.20 manat borc pul və 32.14 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nə və 2(067)-1094 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2700 manat məbləğində pul və 47 manat məbləğində dövlət rüsumu alınaraq X4 ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon məhkəməsinin icra sənədləri bir icraatda birləşdirilmişdir. Borclu tərəfindən bu günə qədər icra sənədləri üzrə cəmi 50 manat məbləğində pul tələbkar Ruslan Ağakişiyevə ödəmişdir. Ümumilikdə 8215 manat borc yaranmışdır. Borclunun əmlak vəziyyəti elektron sistem vasitəsilə yoxlanılmış və adında 20 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müəyyən olunmuşdur. Lakin həmin 20 sot kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan üzərinə həbs qoyulması mümkün olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, borclu ona olan borcundan bu vaxta qədər 50 manat ödəniş etmişdir. Qalan borcu isə ödəməmişdir. Ona inzibati həbs növündə cəza təyin olunmasını xahiş etmişdir. Borclu əvvəlcə 100 manat olmaqla hissə-hissə ödənişlər edərək borcunu ödəyəcəyini bildirsə də, sonradan o, ödəniş etməmişdir. O, yaranmış borcunu tam olaraq tələb edir, əks halda borclu barəsində inzibati həbs növündə cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, zərərçəkmiş şəxslərə olan borcunu hissə-hissə olaraq hər ay 100 manat ödəyəcəyi barədə onlara kart hesabı verməyini təklif etsə də, tələbkarlar ona heç bir hesab nömrəsi verməmişlər. Əvvəllər işləmədiyi üçün borcunu ödəyə bilməmiş, lakin hazırda Bakı şəhərində ət satışı ilə məşğuldur. İyun ayında mövsümi işlər başlayanda borclarını tam olaraq ödəyəcəyini öhdəsinə götürür. Həmçinin bildirmişdir ki, adında olan 20 sot kənd təsərrüfatı torpaq sahəsini satmışdır. Məhkəmədə zərərçəkmiş şəxs X6 izahat verərək bildirmişdir ki, borclu ona olan borundan bu günə qədər heç bir ödəniş etməmişdir. o, borcunu hissə-hissə ödəyəcəyini bildirsədə sonradan ödəniş etməmişdir. O, yaranmış borcunu tam olaraq tələb edir, əks halda borclu barəsində inzibati həbs növündə cəza təyin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət olunmuşdur. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-278 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2200 manat məbləğində borc və ödənilmiş 42 manat dövlət rüsumu alınaraq X5, 2(067)-1432 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2000 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X3, 2(067)-1474 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yaranmış cəmi 1214.20 manat borc pul və 32.14 manat ödənilmiş dövlət rüsumu "xxxx" MMC-nə və 2(067)-1094 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2700 manat məbləğində pul və 47 manat məbləğində dövlət rüsumu alınaraq X4 ödənilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, 11 noyabr 2023-cü il tarixdə icra sənədlərinin ümumi icraatda birləşdirilməsinə dair qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyinə söz vermişdir. İş materiallarında olan borclu barəsində məlumatları elektron sorğulaması sənədlərindən müəyyən olunmuşdur ki, borclunun əmlakında **********41 və **********47 reyestr nömrəli torpaq sahələri vardır vardır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi məsuliyyət yaradır və fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınaraq bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları və onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması və məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnaməsinin, qərarının və qərardadının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab edilir. Qərarın icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, cinayət və inzibati qanunvericilikdə və bir sıra beynəlxalq normativ aktlarda öz izahatıni tapmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında qanuni qüvvəyə minmiş qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, «məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa, İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Buna görə də, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs şəxsiyyətini, yaşını, məhkəmə qərarının uzun müddət qərəzli olaraq icra olunmadığını və nəticədə bunun tələbkarın çoxsaylı əsaslı şikayətlərinə səbəb olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Qəraraaldı: xx xxxx 1988-ci ildə Xaçmaz rayonunun Çiləgir kəndində anadan olmuş, Xaçmaz rayonu, Çiləgir kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 15 fevral 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar