Məhkəmə qərarları › İş №3(067)-1610/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1610/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1610/2023 15.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon X5 Təhlüksizlik Bölməsinin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxx 1993-cü ildə Xaçmaz rayonu, Xaçmaz rayonunun Armudpadar kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonunun Armudpadar kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati materiala baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokolla müəyyən edilmişdir ki, Şəxs 14 dekabr 2023-cü il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində qəsdən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon X7 polis bölməsinin polis sahə rəisi, polis kapitanı X3 göstərdi ki, 13 dekabr 2023-cü il tarixdə Xaçmaz rayon polis şöbəsində əməliyyat istintaq qrupunun üzvü olmuşdur. Yol Patrul Xidmətinin əməkdaşı ilə hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qardaşı ilə mübahisəsi olmuş, bununla kömək istənmişdir. Həmin vaxt əməliyyat istintaq qrupu və Post Patrul xidməri ilə bir yerdə H.Əliyev prospektində yerləşən ərzaq mağazasının qarşısına gəlmişdirlər. Qeyd olunan faktla bağlı hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qardaşının polis şöbəsinə aparılmasına müdaxilə etdiyinə və polisin qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı raport daxil olmuş və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, 13 dekabr 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixə keçən gecə həmişə olduğu kimi, Xaçmaz şəhəri H.Əliyev prospektində yerləşən ərzaq malları dükanında işdə olmuşdur. Sonrdan ona məlum olmuşdur ki, həmin vaxt qardaşı içkili halda nəqliyyat vasitəsini idarə etdyinə görə ilə Dövlət Yol polis bölməsinin əməkdaşı ona saxla işarəsi verməsinə baxmayaraq qardaşı nəqliyyat vasitəsini saxlamamış və bu səbəbdən yol polisi əməkdaşları da onun ardınca gəlmişdirlər. Həmin vaxt qardaşı ilə polis əməkdaşları arasında dükandan aralıda mübahisə olmuşdur. Ona bu barədə məlumat veriləndən sonra o, qardaşını aralamaq üçün ora getmişdir. Lakin o, nə hadisə zamanı nə də ki, hadisədən sonra polis əməkdaşlarına qarşı heç bir qanuna zidd hərəkətə yol verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsinin tərkib əlaməti yoxdur. O, polisin hər hansı qanuni tələbinə qarşı heç bir hərəkət etməmişdir. Onun əməlində xırda xuliqanlıq xətasının əlamətləri mövcud ola bilər. İş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan bir ədəd CD-yə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı videogörüntüdən müəyyən edilmişdir ki, Şəxs Məhərrəm oğlu gecə saatlarında H.Əliyev prospektində işlədiyi marketin qarşısında sərxoş vəziyyətdə olan qardaşının polisin qanuni tələblərinə mane olmasının qarşısını almağa çalışsa da, özü də ictimai qaydadı pozmuşdur. Məhkəmə işdə iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiialarını araşdıraraq və iş materiallarına əlavə edilmiş video diskə baxış keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət yaradır. Həmin məcəllənin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə yaranır. İnzibati xəta haqqında işə baxılarkən və iş materiallarına əlavə edilmiş video yazıya baxış keçirərkən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli-yəni, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması kimi hərəkətlər törətməsi öz təsdiqini tapmamışdır. Əksinə olaraq Şəxs ictimai yerdə nalayiq söyüşlər söyməklə ictimai qaydanın pozulmasına səbəb olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hər hansı sübutla öz təsdiqini tapmadığından, onun Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından onun əməli İnziabti Xətalar Məcəlləsinin 535.1-ci maddəsindən 510-cu maddəsinə tövsif olunmaqla onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respullikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar