Məhkəmə qərarları › İş №3(067)-1612/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1612/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1612/2023 15.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonu, Qədmalı-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayonu, Qədmalı-qışlaq kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 15 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(067)-2906/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 23 yanvar 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat məbləğində aliment tutularaq iş üzrə tələbkar X1 verilməldir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X7 izahatında bildirdi ki, borclu Şəxs Xaçmaz rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(067)-2906/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 23 yanvar 2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat məbləğində aliment tutularaq iş üzrə tələbkar X1 verilməsi təmin edilməlidir. Borclu 14 dekabr 2023-cü ilədək aliment məbləğini tələb etməmişdir. Tələbkarın aliment məbləğini tələb etməməsi onda belə bir fikir formalaşdırmışdır ki, tərəflər özləri öz aralarında razılığa gəlmişlər. Bundan başqa, icraatında işlərin çox olması ilə əlaqədar olaraq, o özü tələbkardan alimentin ödənilib-ödənilməməsini araşdırmamışdır. 14 dekabr 2023-cü il tarixdə tələbkar onun yanına gələrək alimentin ödənilməməsi barədə şikayət etmişdir. Borclu mobil telefon işlətmədiyindən, yaxınlarının da mobil telefon vasitəsinin nömrəsi onlarda olmadığı üçün şəxslə əlaqə saxlayaraq dəvət edilməsi mümkün olmadığından məcburiyyət qarşısından qaldığı üçün özü 14 dekabr 2023-cü il tarixdə borclunun yaşadığı ünvana getmiş, lakin şəxs özü icra şöbəsində gəlməkdən imtina etmişdir. Bundan sonra şəxs özü icra şöbəsinə gəlmiş, izahatı alınmış, aliment ödəməyəcəyini, ödəmək iqtidarında olmadığını və ödəniş etmək üçün heç bir maddi imkanının və iş yerinin olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun aliment haqda heç bir məlumatı olmayıb. Ümumiyyətlə heç yerdə işləmir və maddi imkanı yoxdur. Özü xəstədir. Məhkəmə iclasında tələbkar X3 izahat verərək bildirmişdir ki, alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra, ona aliment ödənilməsə də, o bununla bağlı icra məmuruna heç bir şikayət və müraciət etməmişdir. İcra məmura ilk dəfə 14 dekabr 2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iş üzrə borclu Şəxs həmin bildirişi imza edərək qəbul etməsinə baxmayaraq, bildirişdə imzanın hansı tarixdə imzalanması ilə bağlı qeydlər aparılmamışdır. Məhkəmə iclasında iş üzrə borclu həmin bildirişin iki gün bundan öncə aldığını bildirmiş və bu faktı icra məmuru X7 da təsdiq etmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından və izahatlardan isə müəyyən olunur ki, borclu nə aliment təyin edilərkən həmin məhkəmədə iştirak etmiş, nə də ki icra məmuru tərəfindən ona hər hansı bir məlumat verilmişdir. Faktiki olaraq, borclu aliment barədə yalnız 14 dekabr 2023-cü il tarixdən məlumatlı olmuşdur. İnzibati xəta haqqında protokol isə 15 dekabr 2023-cü il tarixdə tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsinin yaranması üçün əsas şərt məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsidir. Lakin məhkəmə iclasında izahat vermiş icra məmuru iş üzrə tələbkarın indiyəndək icra şöbəsinə müraciət etmədiyi üçün aliment üzrə ödənişlər ödənilib-ödənilməməsi, borcun olub-olmaması ilə bağlı məlumatı olmadığını bildirmişdir. Yəni, onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi yoxdur və ona görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 30, 99, 106, 112, 133, 115, 116, 117 və 130-cu maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar