Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1615/2025 12.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Xaçmaz rayonu, Qalağan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Xaçmaz rayonu, Qalağan kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin xidməti otağında ünvansız nalayiq ifadələr söyləmiş, polis əməkdaşına qarşı əl-qol hərəkətləri ilə fiziki təsir göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, daxil olmuş raportda göstərilmişdir ki, X2 polis əməkdaşının xidməti otağında sonuncuya qarşı ünvansız, nalayiq söyüşlər söymüş, o cümlədən əl-qol hərəkətləri ilə fiziki təsir göstərmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar onun tərəfindən X1 barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəmistan Ələsgərov dünən izahatının alınması üçün Polis Şöbəsinə gəlib, bu gün isə yenidən Polis Şöbəsinə dəvət edilmişdir. O, inzibati xəta haqqında protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında qeyd olunan maddə ilə özünü təqsirli bilərək göstərmişdir ki, 5 ildir ki, ailəlidir, 2 övladı var. O, həyat yoldaşına “WhatsApp”da xeyli şəxslə yazışdığı üçün zarafatla başqa kişilərlə də görüşməyi təklif etmişdir. Daha sonra gecə spirtli içki qəbul etdiyindən polisin xidməti otağında aqressiv davranmışdır. X7 fiziki və ya psixoloji təzyiq göstərilməmişdir. İzahatı alındıqdan sonra Polis Şöbəsində saxlanılmamışdır. Həmçinin o, narkotik vasitə istifadə etmir. Əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin İstintaq Əməliyyat qrupunda təhqiqatçı kimi xidmətdə olan zaman vətəndaş X9 RPŞ-nin Növbətçi Hissəyə yaxınlaşaraq həyat yoldaşı X1 ona əxlaqsız təkliflər etdiyini, başqa kişilərin telefon nömrəsini verərək pul müqabilində digər şəxslərlə görüşməsini və həmin pulu ona verməsinə məcbur etdiyini bildirmişdir. Bununla əlaqədar X6 RPŞ-nə dəvət olunmuş, xidməti otağında verilmiş şikayətlə bağlı izahatı alınarkən həyat yoldaşının ona şər-böhtan atdığını bildirmiş, özünü aqressiv aparmış, əl-qol hərəkətləri edərək onun üzərinə gəlmiş, qolundan tutmağa cəhd göstərmişdir. Vətəndaşı dəfələrlə nizam-intizama dəvət etməyisinə baxmayaraq, tələblərə tabe olmamışdır. Şəxsin barəsində raport tərtib edildikən və inzibati qaydada tutma tətbiq edildikdən sonra izahatı alınmış, bu zaman o, etdiyi əməli etiraf edərək, həyat yoldaşına əxlaqsız təkliflər etdiyini, 200 manat pul müqabilində digər şəxslərlə görüşməsini tələb etdiyini bildirimişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və proses iştirakçılarının ifadələri ilə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, 12 noyabr 2025-ci il tarixdə HK-1/3063 saylı materialın icrası ilə əlaqədar Xaçmaz şəhəri, Ü.Bünyadzadə küçəsində yaşayan, X2 izahatının alınmasından ötrü Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Şahid tərəfindən RPŞ-yə dəvət edilmişdir. RPŞ-yə gəldikdən sonra xidməti otaqda izahatı alınan zaman Şəmistan Ələsgərov qeyri-səmimilik göstərmiş, ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etdiyi zaman üzərinə gələrək ona qarşı əl-qol hərəkətləri ilə fiziki təsir göstərmiş və qanuni tələblərinə tabe olmayaraq RPŞ-nin iş rejimini pozmuşdur. - xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan müəyyən edilir ki, Şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X10 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin xidməti otağında ünvansız nalayiq ifadələr söyləmiş, polis əməkdaşına qarşı əl-qol hərəkətləri ilə fiziki təsir göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta hadisəsi törətmiş şəxsin şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxx 1995-ci ildə Xaçmaz rayonu, Qalağan kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 12 noyabr 2025-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1615/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1615/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver