Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1617/2022 06.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 04 oktyabr 2022-ci il tarixdə Xaçmaz şəhər Məktəbli küçəsində telefonla danışaraq ucadan naliyiq ifadələr işlətdiyinə görə həmin marşurut üzrə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyətini müəyyən etmək istədikləri zaman o, qaçaraq oradan uzaqlaşmaq istədiyi zaman polis əməkdaşları onu saxlayaraq nizam intizama dəvət etmələrinə baxmayaraq polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3 göstərdi ki, Şəxs 04 oktyabr 2022-ci il tarixdə Xaçmaz şəhər Məktəbli küçəsində telefonla danışaraq ucadan naliyiq ifadələr işlətdiyinə görə həmin marşurut üzrə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyətini müəyyən etmək istədikləri zaman o, qaçaraq oradan uzaqlaşmaq istədiyi zaman polis əməkdaşları onu saxlayaraq nizam intizama dəvət etmələrinə baxmayaraq polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 04 oktyabr 2022-ci il tarixdə yaşadığı Xaçmaz şəhəri, Məktəbli küçəsində olduğu zaman tanımadığı şəxsdən istifadəsində olan mobil telefon vasitəsinə ard-arda edilmiş zənglərdən əsəbləşərək ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt ərazidə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlar ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyətini müəyyən etmək istədikləri zaman o, qaçaraq oradan uzaqlaşmaq istədiyi zaman polis əməkdaşları onu saxlayaraq nizam intizama dəvət etmələrinə baxmayaraq polisin qanuni tələblərinə məhəl qoymayaraq öz qanuna zidd hərəkətlərini davam etdirməklə polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 04 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 04 oktyabr 2022-ci il tarixli, 389 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 oktyabr 2022-ci il tarixdə saat 02:30 radələrində tutulmuş, 06 oktyabr 2022-ci il tarixdə saat 14:20-də həbsdən azad edilmişdir. Odur ki, Şəxs 04 oktyabr 2022-ci il saat 14:20-dən 06 oktyabr 2022-ci il saat 14:20dək tutulduğu 02 iki gün müddət, ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 06 (altı) gün inzibati həbs tənbeh tədbiri saxlanılmalıdır. Həbsin əvvəli 06 oktyabr 2022-ci il tarixdən saat 16:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 04 oktyabr 2022-ci il saat 14:20-dən 06 oktyabr 2022-ci il saat 14:20-dək tutulduğu 02 iki gün müddət, ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 06 (altı) gün inzibati həbs tənbeh tədbiri saxlanılsın. Həbsin əvvəli 06 oktyabr 2022-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №3(067)-1617/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1617/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver