Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1617/2024 26.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X5 – xx.xx.1982-ci ildə Quba rayonunun Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. X5 tərəfindən Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X1 xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X4 tərəfindən X5 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Bundan sonra X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X4 tərəfindən xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki. xx.xx.2024-cü il tarixdə, saat 10:11 radələrində idarə etdiyi “Hyundai Avante” minik markalı, **-GJ-*** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Halbuki o, nəqliyyat vasitəsini idarə edən yolda nişan 90 km/saat sürət göstərdiyi halda və ötmə əməliyyatına qadağan olan yol nişanına çatmamış ötmə əməliyyatını sonlandırmışdır. Lakin barəsində 100 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. Onun idarə etdiyi avtonəqliyyat vasitəsində video registratorun video çəkilişində aydın görünür ki. o, ötmə əməliyyatını edərkən ötməyə qadağan yol nişanı qarşıda olmuşdur və həmin nişana çatana kimi o ötmə əməliyyatını sonlandırmışdır. Lakin Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru, serjant X4 onun idarə etdiyi avtomobili dayandıraraq əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmasını və ona görədə barəsində İXM-nin 327.2-ci maddəsilə 100 manat cərimə olunacağını bildirmişdir. Qanunsuz qərar qəbul edərək Polis serjantı Kərim Qiyaszadə onu cərimə etmişdir. Bu barədə Xaçmaz RPŞ-yə şifahi olaraq müraciət edərək onun avtonəqliyyat vasitəsində video görüntü çəkən cihazda o, yol hərəkət qaydasını pozmadığı, ağ xəttin üzərindən keçərək əks istiqamətə çıxmadığının göründüyünü və qanunsuz, əsassız qərarı ləğv olunması üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. PŞ-da ona “sənin hüququndur get məhkəməyə müraciət et” demişlər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti verildiyi vaxtdan 10 gün müddətinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. O, qərarın surətini xx.xx.2024-cü il tarixdə aldığını bildirmişdir. Qərarından şikayət verilmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq məhkəmə iclas zalında iş materiallarında olan audio-video diskdə olan fayl izlənmişdir. Həmin audio-videogörüntülərdə şikayət vermiş şəxsin qadağan olan yol nişanına çatmamış ötmə əməliyyatını sonlandırdığı müəyyən edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 17 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 “HYUNDAİ AVANTE” markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması əməlini törətdiyinə görə İXM-nin 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə olunmuşdur. - Audio-videogörüntüdən müəyyın olunur ki, şikayət vermiş şəxsin qadağan olan yol nişanına çatmamış ötmə əməliyyatını sonlandırmışdır. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3 səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından- yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Həmin Məcəllənin 53.0. maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda;. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun: 1-ci maddəsinin 5-ci bəndinə əsasən avtomobil yolu yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yoldur; Həmin maddənin 7-ci bəndinə əsasən yolun hərəkət hissəsi yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); 51-ci maddəsinin 1-ci bəndinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 61-ci maddəsinin Vİİ-ci bəndinə əsasən yolun eyni kəsiyində üçdən artıq yol nişanının qurulmasına icazə verilmir (təkrar olunan nişanlar və əlavə lövhəciklər nəzərə alınmamaqla). Xüsusi qeyd olunmuş hallardan başqa yolun sağ tərəfində bütün yol nişanları qurulur. İki və ya artıq zolaqlarla bir istiqamətdə hərəkəti olan yollarda yol nişanları vaxtlı-vaxtında sürücü tərəfindən çətinliklə qavranılarsa, onlarda olan məlumat nəzərə alınmaqla nişanlar təkrar qurulmalıdır. Təkrar nişanlar ayırıcı zolaqlarda, əgər ayırıcı zolaq yoxdursa və əks istiqamətli hərəkət üçün iki hərəkət zolağından artıq hərəkət zolağı nəzərdə tutulmamışdırsa, belə yol nişanları yolun sol tərəfində qurulurlar. Yolun solunda yerləşdirilən yol nişanının görünməsinin təmin olunması mümkün deyilsə və ya əks istiqamətli hərəkət üçün üç və artıq hərəkət zolağı vardırsa, onda yol nişanları yolun hərəkət hissəsinin üstündə qurulurlar. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.2-ci maddəsinin dispozisiyasında qeyd olunmuş nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması inzibati məsuliyyət yaradır. Lakin yuxarıda qeyd olunanları və şikayətçi tərəfindən məhkəməyə təqdim olunmuş qayda pozunutusunun olmadığını əks etdirən audio-videogörüntünü sübut növü kimi nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4, 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işə baxılarkən üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, şikayət təmin edilməklə, Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X4 tərəfindən X3 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Xaçmaz rayonu Yol Patrul Xidməti inspektoru X4 tərəfindən X3 barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1617/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1617/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver