Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1618/2022 07.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X9 Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon X9 Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 11 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Xudat şəhər Kolxoz bazarında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla üstünə hücum çəkərək onu hədələməklə ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X9 Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X4 göstərdi ki, Şəxs Şəxs 11 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Xudat şəhər Kolxoz bazarında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı baıçaqla üstünə hücum çəkərək onu hədələməklə ünvanına nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, səhər saat 05 radələrində Qurban Sadıqov ilə birlikdə Xudat şəhərində yerləşən bazara gəlmişlər. Bundan sonra o, Qurbana alverin hazırda başlamadığını, 3 gün malını bazarda satdığı üçün yuxusuz qaldığını bildirərək avtomobilin içində yatmaq istədiyini demişdir. Qurban heç bir etiraz etməmişdir. O, yuxudan gec oyandığı üçün Qurban narazıçılıqını bildirmişdir. Yuxudan oyandıqdan sonra qabağlarına gələn yemək və çaydan içmək istədikləri zaman Qurban icazə verməmişdir. O, isə həmin vaxt Qurbana isətmirəsənsə çıxım gedim deyərək cavab vermişdir. Daha sonrasında bazarda mal satan zaman Qurban ona “heç bir şey satmamısan, sən işləmirsən..” demişdir. O, isə həmin vaxt Qurbana çıxıb getmək istədiyini, lakin çıxıb getmək üçün üzərində pul olmadaığını bildirərək işlədiyi neçə günün zəhmət haqqısını ondan istədikdə Qurba onun sözlərindən əsəbləşərək qarşısındakı çay stəkanını onun üzərinə ataraq onun üzərinə getmişdir. Qurbanın işçiləri onları ayıran zaman əlindəki stəkan fordun arxa hissəsindəki dəmirə dəyərək sınmışdır. Qurban elə həmin sınıq stəkana əlinə alaraq yenidən onun üzərinə gələrkə işçilər yenidən onu ayırıb aparmışlar. Həmin vaxt əlindəki stəkan qoluna dəymiş və qolu qanamışdır. Bu zaman Qurban onun bud nahiyyəsinə təpiklə vuraraq onu ucadan nəlayiq söyüşlərlə söymüşdür. Həmin vaxt yenidən Qurbanın işçiləri onları ayırmışlar. Az müddət keçdikdən sonra Qurbandan yol pulunu istəmişdir ki, oradan çıxıb getsin. Həmin vaxt Qurban nalayiq sözlə cavab verərək pulunun olmadığını demişdir. Sonra isə ona DİN-in 102 xidmətinə zəng edəcəyini deyərək onu hədələmişdir. Qurban onu hədələdikdən sonra o, Qurbana əgər haqqını verməsə avtomobilin təkərlərini partladacağını demişdir. Qurban isə orada olan masanın üzərindəki bıçağı ona uzadıb, götür təkərləri bununla partlat, sonra mən sənə diz çökdürəcəm demişdir. Sonra isə Qurban valideyninə zəng edib onu tutduracağı ilə hədələmişdir. Bundan sonra atası ona zəng edib təcili oradan çıxıb gəlməsini demiş, o da oradan çıxaraq yaşadığı ünvana gəlmişdir. Törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini bildirməklə barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə, səhər saat 04 radələrində Xaçmaz rayonu, Vağzal ərazisindən Xudat bazarında meyvə satmaq məqsədilə Xaçmaz şəhər sakini Şəxs götürüb, satılmalı meyvələrlə birlikdə Xudat şəhəri, Mərkəzi Malikanə bazarına gəlmişdir. Bazara gəldikdən sonra Rəşad avtomobilə keçərək yatmışdır. Rəşad oyandıqdan sonra o, Rəşada durub malı satmağını bidirdikdə, Rəşad ona cavab olaraq “mən bura kef çəkməyə gəlmişəm, sən mənə mal satdıra bilməzsən” deyə cavab verdiyindən aralarında mübahisə yaranmışdır. Yaranmış mübahisə zamanı Rəşad ucadan onun ünvanına nalayiq ifadələr işlətməklə, tərəzinin yanında olan karton qutudan bıçağı götürərək əvvəlcə “Ford Transit” markalı ovtomilin üzərinə getmişdir ki, həmin nəqliyyat vasitəsinin təkərlərini partlatsın. Ətrafdakı insanların müdaxilə edərək onun əlindən bıçağı alıb yerə atmışlar. Bunda sonra Rəşad yenidən yerdən bıçağı götürüb onun üzərinə gəlmişdir ki, onu bıçaqla vursun. Orada olan tanlmadığı insanlar araya girdikdən sonra Rəşad bıçağı fordun yük hissəsinin içinə ataraq onun ünvanında nalayiq ifadələr işlətməklə yanaşı onu ölümlə hədələmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 07 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində Xudat şəhər Kolxoz bazarında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı bıçaqla üstünə hücum çəkərək onu hədələməklə ünvanına nalayiq ifadələr işlətmiş və bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Xaçmaz rayon X5 bölməsinin təhqiqatçısı, polis kapitanı X2 21 sentyabr 2022-ci il tarixli qərarından müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığında barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın icrası Xaçmaz rayon X6 Təhlükəsizlik Bölməsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ Düzdür: HAKİM
Məhkəmə qərarları › İş №3(067)-1618/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1618/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver