Məhkəmə qərarları › İş №3(067)-1619/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1619/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1619/2022 10.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qobuqıraq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(067)-126/2020 saylı icra sənədini icra etməmiş və tələbkarın xeyrinə 5510 manat ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli, 2(067)- 126/2020 saylı icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 115 manat olmaqla, cəmi 230 manat məbləğində sabit pul şəklində aliment alınaraq X1 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş təqdim edilmişdir. Borclu aliment borcunu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəmədiyindən barəsində Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(067)- 1010/2020 saylı qərarı ilə on gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilmiş, ona CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi xəbərdarlıq edilmiş, lakin o, bunlara baxmayaraq, aliment borcunu ödəməmiş və hazıradək 5510 manat aliment borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, iki uşağın saxlanılması üçün tələbkarın xeyrinə cəmi 230 manat aliment ödəməlidir. Lakin maddi vəziyyəti pis olduğundan alimenti ödəyə bilməmiş və hazırda 5510 manat aliment borcu vardır.Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında maddi imkanı pis olduğu üçün borcunu ödəyə bilmədiyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. İş materiallarında olan qərardan görünür ki, Şəxs barəsində Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(067)-1010/2020 saylı qərarı ilə on gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 10 oktyabr 2022-ci il tarixdən, saat 12:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar