Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-162/2022 02.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru X6, X1 iştirakları ilə, X4 Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru X6 15 yanvar 2022-ci il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru X6 15 yanvar 2022-ci il tarixli, TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inspektor barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 15.01 2022-ci il tarixdə Bakı prospektində YPX əməkdaşı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etdiyi vaxt ona saxla əmri vermişdir. O, qanuna əsasən saxla əmrinə riayət etmişdir. Avtomobilini saxladıqdan sonra YPX avtomobilindən düşən inspektor ona yaxınlaşmış, guya yol verməməyini bildirərək ona AR İXM-nin 327.1 -ci maddəsinə əsasən 40 manat inzibati cərimə tənbeh növü tətbiq etmişdir. O, inspektora qayda pozuntusu etmədiyini yolun sağ çiynindən parklanmadan çıxarkən, bir başa qəza vəziyyəti yaradaraq yolun sol çiyninə çıxamağın qadağan olunduğunu bildirərək göstərilən protokolla razı olmadığını bildirdi. Qanunvericiliyə zidd olmasına baxmayaraq inspektor onun barəsində qərar qəbul etdi. Halbuki, o protokolla razı olmadığı halda qərarı yuxarı səlahiyyətli orqan verməli idi. Həmçinin inspektor inzibati xətanı törətməsini ona sübut edə bilmədi. Belə ki, AR İXM-nin 8-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Ona inspektor xətanın görüntüsü olduğunu bildirsədə, həmin görüntünün Mərkəzi informasiya sisteminə inteqrasiya olunan xüsusi texniki vasitə ilə qeydə alındığını göstərə bilmədi. Həmin maddənin 3-cü bəndində Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməlidir. Bu haqda inspektor protokolda heç bir qeydiyyat aparmayıb. Həmçinin inspektor ona AR İXM-nin 61—ci maddəsində göstərilən hüquqlarını izah etməyib və bu barədə protokolda heç bir qeyd yoxdur. AR İXM-nin 31-ci maddəsinə əsasən İnzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsinə uyğun izahat verərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı X9 şikayət ərizəsinə dair etirazını bildirərək izahatında göstərmişdir ki, 15.01.2022-ci il tarixdə **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 Bakı prospektində yol hərəkəti qaydalarını pozduğuna görə tərəfindən inzibati tənbehə məruz qalmış, bu hal yol patrul xidmətində quraşdırılmış videogörüntü ilə sübuta yetirilir. Buna görə də, ərizənin əsassız olduğunu hesab edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin iştirakları ilə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşı X9 tərəfindən təqdim olunmuş CD diskə baxış keçirilmiş və videogörüntüdən məlum olmuşdur ki, həqiqətən də, **-BC-*** dövlət qeydiyyat nişanlı VAZ 21063 minik markalı avtomobilin sürücüsü Bakı prospektində Xudat şəhər istiqamətində yolun hərəkət hissəsinin sol tərəfində dayansa da, hərəkət hissəsinin sağ tərəfindən sağa dönmək istəyən avtomobillərin gedişinə maneəçilik törətmiş, bundan başqa sürücü X5 idarə etdiyi avtomobilini stop-xəttin qarşısında yox, onu keçdikdən sonra dayanmışdır. X2 videogörüntü ilə bağlı onu bildirmişdir ki, o, idarə etdiyi avtomobil ilə yolun hərəkət hissəsinin sağ tərəfində yerləşən səkiyə daxil olub, avtomobilində olan malları səkidə yerləşən obyektdə boşaldıqdan sonra, yenə də avtomobili ilə yolun hərəkət hissəsinə qayıtmış və hərəkət hissəsinin sol tərəfində dayanaraq, svetoforun yaşıl işığının yanmasını gözləyirdi. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz rayon X12 Bölməsinin 15 yanvar 2022-ci il tarixli, TP-4808402 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 yanvar 2022-ci il tarixli, TP-4808402 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X5 idarə etdiyi “Vaz 21063” markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə baxışında hadisənin görüntülərini əks etdirən CD diskə baxış keçirilərkən müəyyən olundu ki, 15 yanvar 2022-ci il tarixdə X5 idarə etdiyi “Vaz 21063” markalı ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin sol tərəfində dayansa da, yolun hərəkət hissəsinin sağ tərəfindən sağa dönmək istəyən nəqliyyat vasitələri üçün maneəçilik törətmişdir. İXM-in 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx məbləğində cərimə nəzərdə tutulmuşdur. Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsnin dördüncü hissəsinə görə sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Həmin Qanunun 60-cı maddəsinin ikinci hissəsinə görə svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: Sadalananlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon X12 Bölməsinin 15 yanvar 2022-ci il tarixli, TP-4808402 nömrəli inzibati xəta haqqında qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 Xaçmaz rayon X12 Bölməsinin 15 yanvar 2022-ci il tarixli, TP-4808402 nömrəli inzibati xəta haqqında Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-162/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-162/2022
02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver