Məhkəmə qərarları › İş №3(067)-1638/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1638/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1638/2025 17.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Xaçmaz RPŞ-nin nümayəndəsi X6, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Xan” çay evində müxtəlif sifarişlər verərək dələduzluq yolu ilə xırda talama inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zalında Xaçmaz RPŞ-nin nümayəndəsi izahat verərək bildirmişdir ki,vətəndaş X16 RPŞ-nin PPX-nin əməkdaşlarına yaxınlaşaraq bildirib ki, icarə əsasında işlətdiyi “Xan” çay evinə müştəri qismində gələn 3 nəfər şəxs-X12, X11 və Şəxs yeyib-içdikdən sonra hesabı ödəməyərək qaçmışlar. PPX-nin əməkdaşları şəxsləri yaxalayaraq Polis Şöbəsinə gətirmiş, baş vermiş hadisə üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, raport tərtib edilərək inzibati tədbir görülməsindən ötrü göndərilmiş və tərəflərindən inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərardad qəbul edilmişdir. Şəxslərin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. O, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahat verərək qeyd olunan maddə ilə özünü təqsirli bildiyini göstərmişdir. Lakin qaimədə yeyib-içdikləri ərzaqların miqdarı artıq göstərilmişdir. Belə ki, həmin vaxt onlar 3 nəfər sərxoş vəziyyətdə olmuşlar və üstlərində cəmi 30 manat pul olmuşdur. Əvvəldən isə yeyib-içib sonra hesabı ödəməyərək qaçmaq niyyətləri olmamamışdır. Əməlindən peşmandır. O, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zalında zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs və digər 2 şəxs kafedə yeyib-içdikdən sonra hesabı ödəməyərək kafedən qaçmışlar. Lakin hazırda məhkəmə iclasında ziyan məbləği ödənildiyi üçün şikayəti yoxdur, bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. O, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmətərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslarvardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, Xaçmaz şəhəri, E. Ağasıyev küçəsində yaşayan X10 16 noyabr 2025-ci il tarixdə, Xaçmaz RPŞ-yə ərizə ilə müraciət edərək 15 noyabr 2025-ci il tarixdə, icarə əsasında işlətdiyi Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Xan” çay evinə müştəri qismində gələn 3 nəfər şəxsin yeyib içdikdən sonra hesabı ödəməyərək qaçdıqlarını, onun 192 manat pulunu mənimsədiklərini bildirmişdir. Aparılmış araşdırma nəticəsində X7 faktiki olaraq 192 AZN maddi ziyan dəydiyindən hadisəni törətmiş X12, Şəxs və X9 əməllərində cinayət tərkibi müəyyən edilməmiş, bu səbəbdən də müraciət əsasında aparılmış yoxlamanın nəticələri üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, lakin, hadisəni törətmiş şəxslərin əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi əlamətlərinin olması müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, X4 Xaçmaz rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında toplanmış materialda X12, Şəxs və X9 əməllərində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda X4 192 manat pulunu aparmış X12, Şəxs və X9 əməllərində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi əlamətləri olduğundan barəsində qəbul edilmiş qərarın surəti həmin şəxs barəsində inzibati qaydada tədbir görülməsindən ötrü Xaçmaz RPŞ-nin X3 göndərilmişdir. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında” qərardaddan müəyyən edilir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. - “İnzibati qaydada tutma haqqında” 619 nömrəli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00-də inzibati qaydada tutulmuşdur. - xx.xx.2025-ci il tarixli “Qaimə fakturası”ndan müəyyən edilir ki, dəymiş ziyanın məbləği ümumilikdə 192 manat təşkil edir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli“İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Xan” çay evində müxtəlif sifarişlər verərək dələduzluq yolu ilə xırda talama inzibati xətanı törətmişdir. - Zərərçəkmiş şəxs X2 tərəfindən məhkəməyə təqdim edilmiş “Ərizə”dən müəyyən edilir ki, X12 tərəfindən “Xan çay evi” kafesinə olan borc – 190 manat məbləğində pul həm özünün, həm də Şəxs borcu olaraq ona ödənilmişdir. “Xan çay evi”nə təqdim etmək üçün həmin məbləği təhvil almışdır. Şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyənedilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən məhkəmə iclası zamanı dəymiş ziyanın əvəzi olaraq pul ödənişi olunduğundan və zərərçəkmiş şəxsin heç bir şikayəti və tələbi olmadığı üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxs tərfindən vurulmuş ziyan tam şəkildə ödənildiyindən və tərəflər barışdıqlarından inzibati xəta üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə xitam verilsin. X12 məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad olunsun. Qərarın icrası Xaçmaz RPŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar