Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1639/2025 17.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şabran rayonu Ağalıq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materialda göstərilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon Bakı prospektində yerləşən “Xan” çay evinə müştəri qismində gələrək dələduzluq yolu ilə xırda talama edərək inzibati xəta törətmişdir. Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon Bakı prospektində yerləşən “Xan” çay evində müştəri qismində gələrək dələduzluq yolu ilə xırda talama edərək inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon Bakı prospektində yerləşən “Xan” çay evinə tanışları ilə müştəri qismində gəlmiş və orada tanışları ilə birlikdə yeyibiçmişdir. Onun çay evinə ziyan vurmaq, yəni əvvəlcədən hesabı ödəməmək niyyəti olmamamışdır, içkili olduğuna görə belə hal baş vermiş, yəni hesab ödənilməmişdir. Onunla birlikdə yeyib-içmiş Tural və Fuad çay evinin sahibinə borclu qaldığı məbləği tam ödəmişlər, obyekt sahibinin də onlara qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan “Xan” çay evində barmen işləyən X1 tərəfindən yazılmış ərizədən görünür ki, Tural Muradov və Fuad Talıbovun “Xan” çay evinə borclu qaldıqları 190 manat pul Tural Muradov tərəfindən ödənilmişdir, bununla bağlı şikayət və tələbi yoxdur. - “İnzibati qaydada tutma haqqında” 618 nömrəli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:00-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi öz təsdiqini tapmamış və onun əməlində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çay evində yemək və içki sifariş etməklə mülki hüquq münasibətlərinə daxil olmuş, talama yolu ilə obyekt sahibinə ziyan vurmaq niyyətində olması təsdiqini tapmadığından, eləcə də onunla birlikdə obyektdə olmuş və sifarişləri vermiş şəxslərin sonradan borclarını ödəmələri, eyni zamanda zərərçəkmiş şəxsin şikayət və tələbi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 227, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: xx.xx.2000-ci ildə Dəvəçi rayonunda anadan olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalında inzibati qaydada tutmadan dərhal azad olunsun. Qərarın icrası Xaçmaz RPŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-1639/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1639/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver