Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1642/2025 18.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, Xaçmaz rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraat düzgün aparılmamışdır. Belə ki, məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Xaçmaz RPŞnin sahə rəisi X2 tərəfindən MN №2196397 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün həmin tarixdə Xaçmaz rayon məhkəməsinə göndərilsə də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Xaçmaz rayon məhkəməsinin 3(067)-1640/2025 saylı qərarı ilə geri qaytarılmışdır. Hazırda Xaçmaz RPŞ-nin sahə rəisi X1 rayon məhkəməsinin 3(067)-1640/2025 saylı qərarında qeyd edilmiş nöqsanlara əhəmiyyət verməyərək, buraxılmış nöqsanları aradan qaldırmadan, ümumiyyətlə material üzrə heç bir hərəkət etmədən, yalnız yeni tarixli müşaiyət məktubunu əlavə etməklə natamam şəkildə olan inzibati xəta haqqında protokolu yenidən məhkəmə göndərmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə toplanmış materiallar düzgün tərtib edilmədiyindən, Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə toplanmış material Xaçmaz rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-1642/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1642/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver