Məhkəmə qərarları › İş №3(067)-165/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-165/2022

19.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-165/2022 19.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 X6 dövlət avtomobil müfəttişi polis kapitanı X2, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmuş, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanədə yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYY ƏN ETDİ : Şəxs 20 avqust 2021-ci il tarixdə saat 19:10-da müvafiq hüququ olmadan idarə etdiyi “LADA 217030” markalı O502MY05 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonundan Nabran kəndi istiqamətində hərəkətdə olarkən, qarşısında onunla eyni istiqamətdə hərkətdə olan “Khazar SD” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmə işığını yandırıb, dönmə əməliyyatını aparmasına baxmayaraq diqqətsizlik göstərib ara məsafəsi saxlamaması səbəbindən həmin nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş protokol üzrə cərimə məbləğini ödəmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli qərarı ilə nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmış, onun cəriməni ödəməsindən sonra isə həmin məhkəmənin 27 yanvar 2021-ci il tarixli qərarı ilə 12 yanvar 2021-ci il tarixli qərara xitam verilmişdir. 20 avqust 2021-ci il tarixdə avtomobili idarə edərkən sürücülük hüququ qüvvədə olmasına və bu barədə qərarı təqdim etməsinə baxmayaraq barəsindəki protokolu baxılması üçün məhkəməyə göndərmişlər. 20 avqust 2021-ci il tarixdə idarə etdiyi avtomobillə 20 avqust 2021-ci il tarixdə saat 19:10-da müvafiq hüququ olmadan idarə etdiyi “LADA 217030” markalı O502MY05 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonundan Nabran kəndi istiqamətində hərəkətdə olarkən, qarşısında onunla eyni istiqamətdə hərkətdə olan “Khazar SD” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmə işığını yandırıb, dönmə əməliyyatını aparmasına baxmayaraq diqqətsizlik göstərib ara məsafəsi saxlamaması səbəbindən həmin nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Məhkəmədən barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata hissəvi xitam verilməli, digər hissədə baxılması üçün isə material müvafiq səlahiyyətli şəxsə göndərilməlidir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nəqliyyat vasitələrini idarə etmək üçün 19 avqust 2016-cı il tarixdən 19 avqust 2026-cı il tarixədək etibarlılıq müddəti müəyyən edilmiş “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır, o, yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş “LADA 217030” markalı O502MY05 dövlət qeydiyyat nişanlı avtomobili 28 avqust 2018-ci il tarixdə notariat qaydada verilmiş etibarnamə əsasında idarə etmişdir. Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə barəsindəki inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin 12 yanvar 2021-ci il tarixli 3(067)-22/2021 nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Şəxs cərimə məbləğini ödədikdən sonra verdiyi vəsatətə baxan Xaçmaz Rayon Məhkəməsi 27 yanvar 2021-ci il tarixli 3(067)-22/2021 nömrəli qərarı ilə həmin iş üzrə 12 yanvar 2021-ci il tarixli qərara xitam vermişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 342.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla da, müəyyən olunur ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas aradan qalxdığı üçün bu barədə qərar ləğv olunduğundan həmin şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs sayılır, ona görə onun Azərbaycan Respublikası İXM-nin 332.4cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar olmamışdır, Şəxs əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 20 avqust 2021-ci il tarixdə saat 19:10-da müvafiq hüququ olmadan idarə etdiyi “LADA 217030” markalı O502MY05 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonundan Nabran kəndi istiqamətində hərəkətdə olarkən, yol hərəkəti qaydalarına əməl etməyib ara məsafəsi saxlama qaydalarını pozmuşdur, hansı ki, həmin əməl Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin təsiri altına düşür. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti müvafiq daxili işlər orqanlarına aid edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin DYPİ-nə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 115, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Xaçmaz rayon Polis Şöbəsinin DYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM İmza var SƏRXAN SƏMƏDZADƏ. Düzdür: HAKİM XİDİR QULİYEV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar