Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-165/2024 07.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, qərarından şikayət verilmiş X5 Xidməti Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə1, şikayət vermiş "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 və vəkili, nümayəndəsi Nümayəndə2ulla oğlunun iştirakları ilə, "xxxx" MMC-nin direktoru X6 tərəfindən X5 Quba-Xaçmaz regional şöbəsinin 02 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : "xxxx" MMC-nin direktoru X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində X5 Quba-Xaçmaz regional şöbəsinin MN ******* saylı, 02 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş "xxxx" MMC-nin vəkili, nümayəndəsi izahat verərək şikayət ərizəsini onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətin əsas səbəbi əmək müfəttişliyi tərəfindən ərizəyə və əmrə istinad edərək qərar qəbul edilməsi olmuşdur. Belə ki, iş materiallarında xx.xx.2023-cü il tarixdə əmri verilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə işə cəlb olunmuşdur. X5 vətəndaşın ərizəsini əsas hesab edir və heç bir sübut ortaya qoymur. Bununlada 3500 manat vəzifəli şəxsi, 20000 manat isə hüquqi şəxsi cərimə edir. Belə ki, istər vəzifəli şəxsə, istərsədə hüquqi şəxsə ümumilikdə 23500 manat maddi ziyan dəymiş olur. Məhkəmə iclasında şikayət vermiş "xxxx" MMC-nin nümayəndəsi izahat verərək şikayət ərizəsini onunla əsaslandırmışdır ki, təşkilatda kadr üzrə mütəxəssis olmadığından sənədləşmə işlərində hər hansı səhvlər ola bilir. Texniki səhv olaraq şəxsin işə başlama tarixi xx.xx.2023-cü il qeyd olunub, lakin işə xx.xx.2023-cü il tarixdə cəlb olunub. Belə ki, sərnişin daşıma fəaliyyəti ilə məşğul olunduğundan istirahət günləri də, iş günləri hesab olunur. Məhkəmə iclasında qərarından şikayət verilmiş X5 Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, X2, "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə ünvanlandığı müraciətə DƏMXnin Quba-Xaçmaz regional şöbəsində baxılarkən "xxxx" MMC-nin direktoru barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilmiş və bu Protokola uyğun olaraq şöbə tərəfindən inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq 3500 manat məbləğində inzibati cərimə olunmuşdur. Qeyd olunanlara əsasən şikayət əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. X3 xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-yə işə qəbul edilərək həmin tarixdən işə cəlb edilmişdr. V.B.Ağacanovun xx.xx.2023-cü il tarixdən işə cəlb edildiyi onun xx.xx.2024-cü il tarixli şikayət ərizəsində, xx.xx.2024-cü il tarixli izahatında, işə edilməyə dair ərizənin dərkənarında, Cəmiyyətin xx.xx.2023-cü il tarixli 323.2 nömrəli V.Ağacanovun işə qəbuluna dair əmrində, yazılı əmək müqaviləsi və əmək müqaviləsi bildirişində, "xxxx" MMC-nin 2023-cü ilin mart ayı üzrə iş vaxtının uçotu tabelində, həmçinin xx.xx.2023-cü il tarixdə 8 saat işə cəlb edilməsi ilə bağlı əmək haqqının hesablanaraq ona ödənilməsi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində işçilərin əmək müqaviləsi hüququ qüvvəyə minmədən hər hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməsi qeyd olunmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə şikayətçi tərəfin, qərarından şikayət verilmiş X5 Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC tərəfindən X3 ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında görünür ki, X1 Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də sürücü kimi işə başladığını, lakin işlədiyi müddətdə ona çatacaq əmək haqqıları natamam hesablandığı və məzuniyyət hüququndan istifadə etmədiyini bildirmişdir. İş materiallarında görünür ki, X5 Quba-Xaçmaz regional şöbəsi tərəfindən "xxxx" MMCnin direktoru X6 02 fevral 2024-cü il tarixli, MN ******* saylı qərara əsasən 3500 manat cərimə olunmuşdur. İş materiallarında olan bildirişlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında Protokolu üzrə qeyd olunan vaxtda "xxxx" MMC-nin direktor müavini Əziz Əzizov iş üzrə icraat aparılan şəxs qismində X5 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə çağrılmışdır. İş materiallarında olan iş vaxtının qeyd olunduğu tabeldən müəyyən olunur ki, X3 üçün xx.xx.2023-cü il tarixinə 8 saatlıq iş vaxtı müəyyən olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 2023-cü ilə dair əmək haqqı cədvəlindən görünür ki, X3 barəsində 07 mart 2023-cü il tarixi də daxil olmaqla mart ayı üzrə 13 iş günü üçün əmək haqqı hesablanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunubolunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında "xxxx" MMC-nin vəkili və nümayəndəsi şikayət ərizəsi əsasında X5 Quba-Xaçmaz regional şöbəsi tərəfindən 02 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara istinad olunaraq iş materiallarında sübut kimi yalnız texniki səhv ucbatından 07 mart 2023-cü il tarix qeyd edilməsi və 08 mart 2023-cü il tarixdən işə cəlb olunmasını bildirməklə kifayətlənmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. "xxxx" MMC-nin direktoru X6 tərəfindən X5 Quba-Xaçmaz regional şöbəsinin 02 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-165/2024
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-165/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver