Məhkəmə qərarları › İş №3(067)-165/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-165/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-165/2025 27.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası Avtomobil Yolları Mühafizəsində mütəxəssis işləyən, deməsinə görə məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi üzrə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Xaçmaz şəhəri, S.Qurbanov küçəsində yerləşən kafedə tanışları Etibar və Abdulla ilə birlikdə qumar oyununda iştirak etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirmişdir ki, 15 yanvar 2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ətrafında olan digər şəxslərlə birlikdə Xaçmaz rayonu, S.Qurbanov küçəsində yerləşən “Coninin kafesi” kimi adlanan kafedə qumar oynadıqları zaman Xaçmaz RPŞ-nin PPXBnin əməkdaşları ictimai iaşə yerlərinin yoxlanılması məqsədilə kafeyə baxış keçirdiklərində həmin şəxslərin əməlləri barədə məlumat daxil olmuş və tərəflərindən həmin şəxslərin qumar oynaması müəyyən edilmişdir. Həmin şəxslər saxlanılaraq Xaçmaz RPŞ-yə aparılmışlar. Raportla rəhbərliyə məruzə edildikdən sonra iş onun tərəfindən icraata götürülmüşdür. Tərəfindən araşdırma zamanı hadisə yerində saxlanılan hər bir şəxs etdikləri əməli etiraf etmişlər və şahidlər iş üzrə cəlb edilmişdir. Lakin ölkə ərazisində Bələdiyyə seçkiləri keçirildiyindən xidməti zərurətlə əlaqədar olaraq posta təyin edilmiş və şahidlərin məhkəməyə gətirilməsini təmin edə bilməmişdir. Belə ki, qumar oyununda iştirak etmiş şəxslərin hər biri 01 (bir) manat pulu stolun üzərinə qoymaqla kartla qumar oynayıb qalibi müəyyənləşdirdikdən sonra həmin qalib şəxs kafedə sifariş verdikləri çayın və şirniyyatın pulunu ödəmək haqqında razılığa gəlmişlər. Otaqda iki ədəd stol olmuşdur və digər stolda da başqa şəxslər əyləşərək həmin vaxt çay içmişlər. Saxlanılan şəxslər etdikləri əməli etiraf etməklə yanaşı səmimi peşmançılıqlarını bildirmişlər. Bundan ötrü barəsində Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, Raçik adlı şəxs iş üzrə PŞ-də izahat verdiyi zaman qumar oyununda iştirak etmədiyini, yalnız stolda əyləşərək çay içdiyini bildirmiş, bu barədə Şəxs və digərləri də izahatlarında göstərmişlər. Lakin Şəxs və onunla birlikdə iş üzrə cəlb olunan şəxslər isə qumar oyununda iştirak etdiklərini etiraf ertmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs PŞ-da verdiyi izahatla məhkəmədə verdiyi izahat arasında ziddiyyət yaratmağa çalışmışdır. Bundan başqa videoçəkilişlə qeydə alınmış görüntülər və şahid ifadələri ilə şəxsin əməli tam sübuta yetirilmiş hesab olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təyin ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, onlar kafedə pul ilə qumar oynamamışlar. Sadəcə kart oynayaraq qalibi müəyyənləşdirdikdən sonra uduzan şəxs sifariş olunmuş çayın pulunu ödəməli idi. Stolun üzərində olan 17 manat pul isə iş üzrə adı keçməyən, lakin həmin vaxt orada olan yəhudi əsilli şəxsin pulu olmuşdur. PŞ-də həmin şəxs pulun özünə məxsus olmasını etiraf etməsinə baxmayaraq, iş üzrə cəlb edilməmişdir. Kafedə oturduqları vaxt isə həmin pullar yəhudi əsilli həmin şəxsin qarşısında, stolun üzərində olmuşdur. Belə ki, iş üzrə saxlanılan şəxslərdən başqa videoçəkiliş zamanı görüntülərdə əks olunan Raçik adlı şəxs onlarla birlikdə kart oynamasına baxmayaraq, cəlb edilməmişdir. O, PŞ-də izahat verdiyi zaman Raçikində adını qeyd etmişdir. Məhkəmə iclas zalında iş materiallarına əlavə edilmiş 01 ədəd audio-video diskə baxış keçirilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli tam sübuta yetirilmişdir. Belə ki, qumar oyununda istifadə olunan kartların və pul vəsaitlərinin, hər hansı şəxsin qarşısında deyil, stolun orta hissəsində, yəni qumar oyununun aktiv oynanıldığı hissəsində olduğu müəyyən olunmuşdur. Həmçinin məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin PŞ-də və məhkəmə iclas zalında verdiyi fərqli izahatları, qəsdən ziddiyyət yaratmaqla etdiyi əməldən yayınmaq kimi nəzərə alır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokol və iş materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, həmin tarixdə Xaçmaz RPŞnin tağım komandiri X13 RPŞ-nin PPXB-nin manqa komandiri Cəbrayıl Paşayev, Anar Bəşirov və polis nəfəri Teyfur Xələfovla birlikdə xidmətdə olduqları zaman Xaçmaz şəhəri, S.Qurbanov küçəsində yerləşən “Coninin kafesi” kimi adlanan kafeyə daxil olduqları zaman bir qrup şəxsin kartla qumar oynadığını görmüşlər və masanın üzərində olan kart və pullar (17 manat) maddi sübut kimi götürülmüşdür. Daha sonra həmin şəxslər Xaçmaz RPŞ-nin Növbətçi hissəsinə təhvil verilmişlər. RPŞ-də olduqları zaman həmin şəxslər Xaçmaz rayon sakinləri X10, X1, X2, X9 və həmin obyekti işlədən X11 olmaları müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Nümayəndə tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Xaçmaz şəhəri, S.Qurbanov küçəsində yerləşən kafedə tanışları Etibar və Abdulla ilə birlikdə qumar oyununda iştirak etmişdir. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Xaçmaz RPŞ-də verdiyi izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə yaşadıqları küçədə, yəni Xaçmaz şəhəri, S.Qurbanov küçəsində yerləşən və tanıdığı Kənan adlı şəxsin işlətdiyi kafedəki otaqda o və tanışları Abdulla Daşdəmirov, Gülməmməd Şıxməmmədovla birlikdə oturub 01 (bir) manat puldan kart oyunu oynamışlar. Oyunu uduzan şəxs içdikləri çayın və yedikləri şirniyyatın pulunu da verməli idi. Həmi vaxt polis əməkdaşları onların olduqları otağa daxil olub stolun üzərindəki və əllərindəki oyun kartlarını, həmçinin stolun üzərindəki pulları götürərək onları RPŞ-nə dəvət etmişlər. - X3 Xaçmaz RPŞ-də verdiyi izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Xaçmaz şəhəri, S.Qurbanov küçəsində yerləşən Kənan adlı şəxsin işlətdiyi kafedə oturub çay içdiyi vaxt digər masada tanıdığı şəxslər Nurlan, Abdulla və Ehtibar oturub pulla kart oyunu oynamışlar. Həmin vaxt polis əməkdaşları otağa daxil olaraq qumar oyunu oynanıldığını görmüşlər və polis əməkdaşları onlara RPŞ-nə getməli olduqları deyilmişdir. - X7 Xaçmaz RPŞ-də verdiyi izahatından müəyyən edilir ki, o, xx.xx.2025-ci il tarixdə ailəsinə məxsus kafeni işlətdiyi zaman tanışları olan Nurlan, Abdulla, Ehtibar və Raçik gələrək otaqda oturub oyun kartını verməsini və otaqda oynayacaqlarını bildirərək ona çay, şirniyyat və günəbaxan tumu sifariş vermişlər. O verilən sifarişi apardığı vaxt həmin şəxslərin oturduqları otağa daxil olduğunda Abdulla, Nurulan və Ehtibarın pul qarşılığında kart oynadıqlarını görmüşdür. Laki o, verilən sifarişlərdən oyun kartlarının pulunu almamışdır. Həmçinin o, kart oyunu oynanıldığını görməsinə baxmayaraq özü oyunda iştirak etməmişdir. O, otaqda əlində sini durduğu vaxt polis əməkdaşları həmin otağa daxil olub masanın üzərindəki oyun kartlarını və pul vəsaitlərini götürərək onlara RPŞ-nə getməli olduqları deyilmişdir. - X6 Xaçmaz RPŞ-də verdiyi izahatından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Xaçmaz şəhəri, S.Qurbanov küçəsində yerləşən, Coni kimi çağırdıqları Kənan adlı şəxsi kafesində çay içmişdir. Həmin vaxt onun çay içdiyi otaqda Nurlan, Ehtibar və Abdulla oturub pul qarşılığında kart oyunu oynamışlar. Həmin vaxt polis əməkdaşları otağa daxil olaraq stolun üzərindəki oyun kartlarını və pul vəsaitlərini götürərək onlara RPŞ-nə getməli olduqları deyilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 401-ci madəsinin Qeyd hissəsinə əsasən: Bu Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində qumara qoyulmuş pul vəsaitləri (17 manat), oyun kartları (20 ədəd) müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1995-ci il təvəllüdlü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinsin və barəsində oyun ləvazımatı, habelə qumara qoyulmuş pul vəsaitləri, oyun kartları müsadirə edilməklə 3 000 (üç min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar