Məhkəmə qərarları › İş №3(067)-1650/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1650/2022

14.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1650/2022 14.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1966-cı ildə Xaçmaz rayonunun Müqtədir qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xudat şəhəri, Ə.Vahid küçəsi ev 25-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, Xaçmaz rayon 1 saylı notariat ofisinin 27 aprel 2022-ci il tarixli, 8İ-22 saylı icra sənədi üzrə qalıq qalmış 12525 manat pulu qərəzli olaraq tələbkarın xeyrinə ödəmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Xaçmaz rayon 1 saylı notariat ofisinin 27 aprel 2022-ci il tarixli, 8İ-22 saylı icra sənədi üzrə borclu Şəxs cəmi 14525 manat pul tələbkar X1 xeyrinə tutulmalıdır. Həmin sənəd üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Lakin borclu tələbkara verməli olduğu həmin pul məbləğindən hazıradək 2000 manat ödəmiş, qalan 12525 manat pulu isə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ödəməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, tələbkar Fərid Dəmirova cəmi 14525 manat pul ödəməlidir və bu barədə Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli icra qeydi mövcuddur. O, borclu olduğu həmin məbləğdən tələbkara 2022-ci ilin iyun ayında 2000 manat ödəmişdir. 2022-ci ilin sentyabr ayınadək qalan məbləği, yəni 12525 manatı ödəyəcəyinə söz versə də, həmin məbləği bir dəfəyə ödəməyə imkanı çatmır. Həmçinin bildirmişdir ki, o, fərdi əməklə məşğul olur. 2022-ci ilin iyun ayında ödədiyi 2000 manatdan başqa, qalan məbləğdən hazıradək heç bir ödəniş etməmişdir. Barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, əlilliyi yoxdur. Hər ay 500 manat ödəmək istəyir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, 2000 manat ödəniş etməsini, 56 yaşının olmasını və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxxxxxx 1966-cı ildə anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar