Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1658/2022 31.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, Şəxs MMC-nin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş şəxs haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində məlumat verilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, Şəxs MMC-yə məxsus ** AC *** nömrəli yük avtomobili hərəkət sürətini 11 km/saat həddində aşmışdır. Xaçmaz DYPB-dən daxil olmuş sorğuya həmin avtomobili idarə etmiş sürücü xəstə olduğundan nəzərdə tutulmuş beş gün müdətdən beş gün keçdikdən sonra, yəni gec cavab vermişlər. Həmin avtomobili idarə etmiş sürücü tərəfindən xx.xx.2022-ci il tarixdə yol vərəqəsi və sürücülük vəsiqəsi Xaçmaz DYPB-nin inspektoruna təqdim edilmiş və cərimə ödənilmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Xaçmaz RPŞ-yə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Xaçmaz RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xətaya dair protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut edilir. Belə ki, iş materiallarından müəyyən edilir ki, “MAN” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs 11 sentyabr 2022-ci il tarixdə, saat 09:02-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin DYP veb portalından çıxarışdan görünür ki, “MAN” yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şəxs MMC-dir. İş materiallarında olan sorğudan və poçt xəbərnaməsindən görünür ki, “MAN” minik markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan hüquqi şəxs Şəxs MMCyə həmin avtomobili xx.xx.2022-ci il tarixdə, saat 09:02-də idarə etmiş fiziki şəxsin barəsində məlumatın verilməsinə dair sorğu göndərilmiş, həmin sorğu 27 sentyabr 2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 119-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1658/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1658/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver